Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Lukaşenko seçkidən danışdı:“Xalq düzgün seçim edəcək”

Lukaşenko Azərbaycandakı seçkidən danışdı: “Xalq düzgün seçim edəcək”
Belarus prezidenti Aleksandr Lukaşenko MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Yenixeber.org: “belta.by” saytının verdiyi xəbərə görə, MDB müşahidəçilər missiyasının rolu barədə danışan Lukaşenko deyib ki, ölkəsi hər zaman seçki proseslərində obyektivliyin tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, seçkiləri müşahidə edən MDB nümayəndə heyəti alternativ fikir formalaşdırmağa və öz rəylərini hələ seçkilərdən qabaq bəyan edən avropalı həmkarlarının yüksək siyasiləşdirilməsi ilə mübarizə aparmağa imkan verir.

A.Lukaşenko Rusiyanı prezident seçkiləri münasibəti ilə təbrik edib. O, qeyd edib ki, ruslar ölkənin sürətli iqtisadi və sosial inkişafı üçün səs verib.

Belarus prezidenti, həmçinin qeyd edib ki, bir neçə gündən sonra - 11 aprel tarixində dost Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək: “Əminəm ki, Azərbaycan xalqı Rusiya xalqı kimi öz dövlətinin möhkəmlənməsi və tərəqqisinin xeyrinə düzgün seçim edəcək. Biz bu dost ölkə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərin inkişafına inanırıq”, - Belarus lideri deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam