Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

AMERİKA SİONİZMİN YEDƏYİNDƏ –Tramp «nala-mıxa vurur»

 

thumb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Suriyaya yönəlik ziddiyyətli davranışı sanki onun tam səlahiyyətli dövlət başçısı olmadığını ortaya qoyur – elə bil, bu adam müstəqil qərar qəbul etmək qüdrətində deyil və ya bundan çəkinir. Belədə, məntini sual yaranır: Tramp kimdən çəkinir və kimlərə xidmət göstərmək məcburiyyətindədir?

Yenixeber.org: Deyilənə əminlik və bu suala cavab vermək üçün ABŞ adlı superdövlətin Prezidentinin ziddiyyətli, bir çox hallarda isə bir-birini təkzib edən səbatsız bəyanatlarına diqqət yetirmək kifayətdir…

Əvvəlcə, Mənbic məsələsi ilə bağlı Donald Trampın son bəyanatına diqqət yetirək: «ABŞ hərbçiləri Suriyanı çox tezliklə tərk edə bilər və qoy, bu məsələ ilə başqaları məşğul olsunlar…» Fəqət, reallıq başqa mətləblərdən xəbər verir. Yayılan başqa bir xəbərdə deyilir ki, ABŞ Mənbic bölgəsində iki hərbi baza tikməyi planlayıb. Maraqlıdır, deyilmi? ABŞ kimi nəhərg bir dövlətin başçısı sanki nə danışdığının fərqində deyil və ya, yalan danışıb da «riyakar» imici qazanmaqdan çəkinmir…

ABŞ, yeri gəldikcə, Suriyada yeganə məqsədinin «İslam dövləti» (İD) terrorçu qrupaşması ilə mübarizə aparmaqdan ibarət olduğunu bəyan edir. Amma ötən illərin acı təcrübəsi göstərir ki, ABŞ hərbçiləri nəinki İD terrorçuları ilə mübarizə aparmır, əksinə, onları açıq-aşkar himayə edir və vertolyotlarla Suriyanın bir bölgəsindən, digərinə daşıyır, silah-sursatla təmin edir…

Başqa bir misal. Guya, ABŞ Suriyada «İD» yaraqlıları ilə vuruşmaq üçün İraqdan «peşmərgə» adı altında PKK tör-töküntüsünü Suriyanın şimalına, o cümlədən, Afrin və Mənbic rayonlarına daşıyır, Türkiyəyə isə söz verir ki, İD-ni məğlub etdikdən sonra, kürd yaraqlılarını ərazidən çıxaracaq. Fəqət, son günlər cərəyan edən proseslər göstərir ki, ABŞ «peşmərgə»ləri (PYD) Mənbicdən çıxarmaq fikrində deyil və hətta onların maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən 500 milyon dollar vəsait ayırıb. Üstəlik də ABŞ Mənbicdə 2 hərbi baza tikir. Bu halda ABŞ dövlətini Prezident Donald Trampın idarə etməsi məsələsi istər-istəməz, şübhə altına düşür və bu zaman məntiqi sualla qarşılaşırıq: ABŞ-ı kimlər idarə edirlər?

Bu suala İsrail dövlətinin sabiq Baş naziri Ariyel Şaron çoxdan cavab verib: «ABŞ-ı yəhudilər idarə edirlər…».

728xauto

Xatırlayın, Donal Trampın seçkiqabağı vədlərindən biri də prezident seçilsə, Qüdsü İsrailin paytaxtı elan edəcəyi barədə idi. Seçdirdilər, o da vədinə əməl etdi və «hesabat» verdi: Mən, vədimi yerinə yetirdim! – sanki demək istəyirdi: Vədimi yerinə yetirdim, məni rahat buraxın…

Son günlərin prosesləri açıq-aydın göstərir ki, Birləşmiş Ştatlar hərbi kontingentini Suriyadan çıxarmaq fikrində deyil və əksinə, nə olur-olsun, bölgədə qalmağa çalışır. Bu gün yayılan bir xəbərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bundan danışıb və bildirib ki, ABŞ Suriyada, İraqda terrorla mübarizə aparmır və məqsədi mütləq bölgədə qalmaqdan ibarətdir. Belədə, başqa bir sual meydana gəlir: Yaxın Şərqdə qalmaq və möhkəmlənməkdə ABŞ-ın məqsədi nədir?

Yuxarıda yazdım ki, ABŞ-ı kimlər idarə edirlər. Bəs, bu kimsələrin məqsədi nədir?Birləşmiş Millətlər Təşkilatının (BMT) bir qətnaməsi əsasında İsrail adlı bir yəhudi dövləti yaradanlar, indi böyük bir imperiya qurmaq fikrinə düşüblər və daha BMT-yə ehtiyac duymurlar – onu «düşmən struktur» alandırırlar. Müstəsna məkrli bu toplum yaxşı bilir ki, bölgədə Türkiyə, İran kimi dövlətlər ayaqda olduqca, imperiya qurmaq bir xülya olaraq qalacaq. Məhz bu dövlətləri zəif salmaq üçün beynəlxalq sionizm ABŞ başda olmaqla, qərb dövlətlərini Yaxın Şərqdə «terrorçu ovu»na göndərib.

Proseslər göstərir ki, bu yolda həm yəhudilər, həm də ABŞ və «koalisiyası» öz əsgərini döyüşə göndərməkdən çəkinir və muzdlu «qladiator» dəstələri yaradıb döyüşə atır. İndi bu rolda bölgə kürdlərinin xidmətindən yararlanırlar…

Müharibənin uzun müddət davam etməsi isə bölgənin inkişafına mane olar, bölgə dövlətlərini sarsıdar, yəhudi imperiyası qurmaq yollarını açar və s. Təsadüfi deyil ki, Amerikalı politoloq Fridman öz kitabında (21-ci yüzilliyin proqnozu barədə kitabı) bu barədə açıq yazır ki, Yaxın Şərqdə kimin qalib, kimin məğlub olmasının ABŞ üçün heç bir əhəmiyyəti yoxdur – əhəmiyyətli olan odur ki, bölgədə müharibə davam etsin, inkişaf olmasın, müsəlmanlar guya, «yeni xilafət» qura bilməsinlər. Hesab edirik ki, burada «yeni xilafət» məsələsinin ortaya atılması böyük ehtimalla, diqqəti yəhudi imperiyası qurmaq planlarından yayındırmaq məqsədi daşıyır…

Hətta yəhudilər özlərini şirin salmaq üçün kürdlərlə «genetik qardaş» olduqlarını iddia edirlər. Amma bu, müvəqqəti «qardaşlıq»dır – «dost»ların heç biri bölgədə müstəqil «kürd dövləti»nin yaranmasına imkan verməz, nədən ki, bu, sionistlərin yəhudi imperiyası qurmaq planlarına uyğun deyil – sadəcə, yəhudilər onların qladiator xidmətindən yararlanırlar…

Təsadüfi deyil ki, dünən yayılan bir xəbərə görə, ABŞ hərbi kontingentinin Mənbicdən tezliklə çıxarılacağı barədə Trampın məlum bəyanatı İraq Kürdüstanı hakimiyyətini bərk narahat edib. İndi onlar Trampın dilindən qəti bir söz almaq niyətindədirlər, təxminən, belə – qalırsan, yoxsa gedirsən? Bu günlərdə İraq Kürdüstanı hökumətinin nümayəndəsi Vaşinqtonda çıxış edərkən, bunu açıq şəkildə ortaya qoyub. Görünür, artıq kürdlərin ABŞ-a inamı sarsılıb və tezliklə sionizmin pərdəarxası məkrli əməlləri faş olacaq. Kürdlər artıq anlayırlar ki, ABŞ onlardan bir ucuz vasitə kimi istifadə edir və məqamı yetişəndə, meydanda tək buraxıb, başqa səmtə üz tutacaq. Referendum məsələsində olduğu kimi – dəstəkləyəcəyi vədini verdi, amma son anda arxa çevirdi! Nəticədə, İraqdakı kürd muxtariyyəti əlində olanları və başlıcası, qonşuların nəzərində inamı da itirdi…

Türkiyənin uğurları kürdlərin mövqeyinin dəyişməsinə güclü təkan olacaq. Odur ki, gərək bölgə kürdləri də sonuncu körpünü yandırmasınlar…

Sionizmin kürdlərə yönəlik «qardaşlıq» münasibətlərinin uğursuz perspektivi də indidən şübhə doğurmur – məqamı çatanda onlara «prozelit» («dönük») deyib, arxalarına bir təpik vuracaqlar…(azpolitika)

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam