Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Yelisey sarayının rəsmisi:“Fransa Suriyaya hərbçi göndərməyəcək”

 

 

“Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə heç bir əməliyyat həyata keçirməyi planlaşdırmır”.

Yenixeber.org: Bunu Fransanın Yelisey sarayının adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsi “Anadolu” agentlyinə müsahibəsində bildirib.

Fransanın Prezident Administrasiyasının təmsilçisi ölkəsinin Suriyaya hərbçi göndərəcəyi ilə bağlı xəbərləri təkzib edib.

O, Fransa prezidenti Emmanuel Makronun terrorçu PKK/YPG-PYD-dən formalaşan Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşündən sonra Fransanın Suriyaya qoşun göndərəcəyi haqqında ölkə KİV-ində yayılan məlumatları şərh edərkən deyib: “Mətbuatda bu məsələyə dair fərqli informasiyalar yayılıb. Ancaq məsələ ilə bağlı rəsmi Parisin mövqeyi dəyişməyib. Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə yeni heç bir əməliyyat keçirməyi planlaşdırmır. Biz İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya çərçivəsində fəaliyyətimizi davam etdiririk”.

Yelisey sarayının rəsmisi “Reuters” bildirib: “Fransa Türkiyənin Membicdə planlaşdırdığı əməliyyatı qəbul etməyən ABŞ-la eyni mövqeyə sahibdir”.

Saraydan CNNTurk-ə verilən açıqlamaya əsasən, Fransanın hədəfi SDG ilə əməkdaşlıq edərək, İŞİD-ə qarşı mübarizə aparmaqdır: “Suriyada hədəf Türkiyə deyil. Membicdə əməliyyatdan söhbət gedə bilməz. Hərbi dəstəklə bağlı heç bir söz verilməyib”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə görüşüb. SDG nümayəndələri görüşdən sonra mətbuata açıqlama veriblər və Fransanın Suriyaya hərbçi göndərəcəyini söyləyiblər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam