Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putini sarsıdan iki məğlubiyyət -Suriya və Ukrayna

 

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin 2 böyük münaqişədə - Suriya və Ukraynada sarsıdıcı məğlubiyyətlərə məruz qalıb və çətin ki, yaxın vaxtlarda yeni eskalasiyaya getsin.

Axar.az xəbər verir ki, bu sözləri "Apostrof" saytına müsahibəsi zamanı rusiyalı politoloq Andrey Piontkovski deyib. Politoloqun sözlərinə görə, Putin təşkil etməyi çox istədiyi futbol üzrə dünya çempionatının sonuna qədər hər hansı bir qarşıdurmaya getməyəcək.

“Əlbəttə o, dünya çempionatını keçirmək istəyir. Çətin ki, hər hansı münaqişəyə getsin. Çünki Putin əsas istiqamətlər üzrə məğlubiyyətə düçar olduğunu yaxşı başa düşür. Ukraynanı götürək. Hanı onun “Rus dünyası” və “Novorossiya”sı? Bunlar artıq uğursuzluğa düçar olub. Donbas – heç də Putinin arzusunda olduğu şeylər baş vermədi. Yadınıza salın, onun 10-12 Ukrayna əyalətini tutmaqla bağlı “Novorossiya” planı vardı və o, ruslarla ukraynalılar arasında etnik müharibə başlamasına ümid edirdi. O, buna nail ola bilmədi və ağır məğlubiyyətə düçar oldu. Ukraynadakı rus əhalinin əksəriyyəti Ukrayna dövlətinə və onun seçimlərinə sadiq qaldı. Bu, Putinin ilk fundamental məğlubiyyəti oldu.

Suriyaya isə Putin qələbə üçün 3 dəfə ordu yeridib. Lakin amerikalılarla ilk toqquşmada elə bir utancverici məğlubiyyətə uğradı ki, Moskvadan nə döyüş, nə də üç yüz ölü barədə heç bir məlumat verilmədi”, - Piontkovski bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam