Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Dneprdə "Azərbaycan" parkı və mədəniyyət mərkəzi açılacaq

 

 

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşüb

 

Yenixeber.org: Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, görüşdə səfir qeyd edib ki, Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır. 

A.Xudiyev bildirib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.

Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində aktiv olduğunu deyən Boris Filatov deyib ki, Administrasiya rəhbərliyi Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür köməklik göstərməyə hazırdır.

Dnepr şəhər meri, həmçinin keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən bərpasına Azərbaycan şirkətlərini dəvət edib.

“Bundan başqa Dneprin mərkəzində “Azərbaycan” parkının açılması və orada ölkəmizin tanınmış simalarından birinin heykəlinin ucaldılması, Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına hər cür dəstək göstərə bilərik”, deyə mer əlavə edib.

Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam