Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

DAVAKAR “CIA” DİPLOMATİYASI:İran mediası Trampın təyinatlarına ümumi narahatlığı ifadə edir - TƏHLİL

Əziz Rzazadə

 

 

2001-ci ilin 11 sentyabr terror aktından bəhs edən “The Looming Tower” (“Kabus qüllə”) filmində bir CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşı deyir: “Mənə amerikalıları qorumaq üçün məvacib verilir, başqa millətdən olanlar vecimə deyil”. Donald Trampın dövlət katibi xarici səfərdən geri çağıraraq istefaya göndərməsi və yerinə CIA direktoru Mayk Pompeonu təyin etməsi istər-istəməz indi bu cümləni yada salır. ABŞ tarixində ilk dəfə kəşfiyyat xidməti rəhbərliyinə qaranlıq əməliyyatlar və gizli həbsxanalarla bağlı adı hallanmış Cina Haspelin teleserialın personajlarından birinə bənzərliyini də…

Yenixeber.org: Trampın “tacirlər və hərbçilər administrasiyası”da təmsil olunan Tillersonun istefaya göndəriləcəyinə dair ilk müjdəni verən “Washington Post”un xəbəri nəhayət, martın 13-də rəsmi təsdiqini tapdı.

Anonsa marağını gizlətməmiş İran mediası bu gün Ağ Evdəki köhnə kabinənin seyrəlməsi və Mayk Pompeo və Cina Haspelin təyinatlarını ilk səhifələrə çıxarıb.

Trampın yeni qərarlarını manşet başlıqları və baş məqalələrdə əks etdirmənin səbəbi gün kimi aydındır: Reks Tillersonla ABŞ prezidenti arasında əsas ixtilaflardan biri İranla, o cümlədən nüvə sazişi ilə bağlıdır.

Əslində, hazırkı administrasiyanın Milli Təhlükəsizlik Strategiyasında ABŞ-ın hədəfləri aydın göstərilib. Amma ehtimal ki, Pekinin tövsiyəsi ilə Şimali Koreyanın danışıqlara razılığı, Rusiyanın hədələrindən sonra Moskva ilə qarşıdurmadan çəkinmədən sonra həmlə açıq yeganə məkan qalırdı – İran.

Suriya-İraq bölgəsində İİKK-nin əməliyyatlarına rəhbərlik edən general Qasim Süleymaninin MKİ-nin sabiq direktoru Mayk Pompeonun məktubunu oxumadan zərfi geri qaytarması, Trampın öz etirafı ilə, İranın gizli anlaşma təklifini rədd etməsi qapının tam çırpılması idi.

Administrasiya sahibinin İrana, “5+1” müqaviləsinə dair mövqeyini bölüşən Mayk Pompeonun Dövlət Departamenti rəhbərliyinə gətirilməsi Tehranda ciddi narahatlıq doğurub.

Bunun isbatı nöqtəsinə-vergülünə toxunmadan və şərh vermədən gətiriləcək sitatlardır:

“Ruzan” qəzeti – “Ağ Evdə İrana zidd çevrənin yaradılması tamamlandı”.

“Arman” qəzeti – “Mayk Pompeo Respublikaçılar Partiyasında ifrat sağçılardan biri və İrana düşmənçilik, o cümlədən nüvə razılaşması əleyhinə olan düşüncə xəttinin tərəfdarıdır. O, ötən il “Twitter”-də İranla sövdələşməyə dair yazmışdı ki, “Biz dünyada terrorizmin ən böyük dəstəkçisi ilə fəlakətli sazişin ləğv edilməsini həsrətlə gözləyirik…”

…Bostondakı marafonda törədilən terror hücumundan sonra Pompeo Birləşmiş Ştatlardakı islamçı təşkilatların liderlərini tənqid etmiş, aksiyaya mövqelərini açıqlamağa, əks halda, terrorçularla əməkdaşlıqda ittiham ediləcəyini bildirmişdi”.

“Etemad” qəzeti – “Reks Tillerson Dövlət Departamentindən qovulana qədər administrasiyaya üzv olmuş ilk şəxslərdən biri idi. Son 14 ayda onunla Tramp arasında şəxs söhbətlər və tez-tez baş verən mübahisələr dəfələrlə Amerika KİV-lərində dərc edilib. Hətta Tillersonun bir dəfə Donald Trampı “səfeh” adlandırması da… Donald Tramp jurnalistlərə açıqlamasında Tillersonla mübahisələrin İranla bağlı olduğunu desə də, bu ixtilaflar yalnız İranla bağlı deyil… O, Şimali Koreya lideri Kimlə görüşmək qərarını dövlət katibi ilə razılaşdırmayıb… Tilleson həmişə Birləşmiş Ştatların iqlim sazişi və İranla razılaşmadan imtinasına müqavimət göstərib… Britaniyada öldürülən sabiq rus casusunun qətlində Rusiyanı təqsirkar adlandırıb…”

“İran” qəzeti – “Donald Tramp Şimali Koreya ilə bağlı qərar qəbul edərkən, Tillerson kimi mötədil siyasətçinin rəhbərlik etdiyi Dövlət Departamentinin təpkisi kəskin idi. Bu arada, Mayk Pompeo Fox News-a açıqlamasında “Şimali Koreyaya heç bir güzəşt olmayacaq”, – demişdi”.

“Bahar” qəzeti – “Nikki Heyli Twitter səhifəsində yazıb ki, Pompeonun ABŞ dövlət katibi vəzifəsinə təyinatı “Birləşmiş Ştatlar prezidentinin əla qərarıdır”. Digər tərəfdən, Senatın demokrat qrupunun lideri Çak Şumer deyib: “Bu hökumətdəki qeyri-sabitlik Birləşmiş Ştatları bütün sahələrdə zəiflədəcək. Ümid edirik ki, Pompeonun vəzifəyə təyinatı təsdiqləndiyi halda, Putin və Rusiyaya münasibətdə xarici siyasətimizdə yeni səhifə açılacaq”.

“Tecarət” qəzeti – “Bill Klintonun Şimali Koreya üzrə sabiq müşaviri və İranla nüvə proqramına dair danışıqlarda əsas vasitəçi Vendi Şerman hazırkı administrasiyanın gələcək danışıqlar ssenarisi barədə danışarkən, nəticənin müharibə olacağını deyib”.

“Cəhane sənət” qəzeti – “Tramp dedi ki, onunla Pompeo arasında düşüncə eyniliyi var. Prezident, həmçinin Şimali Koreya ilə bağlı qərar qəbul edərkən, Tillersonla məşləhətləşmədiyini etiraf etdi”.

“Cavan” qəzeti – “Tramp bir daha İranın ballistik raket proqramına qarşı çıxdı və Tehranı terrorçuluğu dəstəkləməkdə ittiham etdi”.

“Comhuriye Eslami” qəzeti – “Pompeo anti-İran mövqeyindədir”.

“Xorasan” qəzeti – “Tramp və dövlət katibi arasında mübahisələr NATO-Rusiya münasibətləri, İran və Şimali Koreya ilə mübarizəyə qədər geniş spektrli məsələləri əhatə edirdi”.

“Şərq” qəzeti – “Pompeo bölgədə İran təsirinin genişlənməsi və iddialarının yatırılmasında münbit platforma tapılması tərəfdarıdır”.

“Vətəne emruz” qəzeti – “Tillerson İranla nüvə sazişinin tərəfdarı idi”.

“Həmşəhri” qəzeti: “Trampın kabinəsi davakarlaşdı”.

 

Bu sayaq şərhlərin yaxın günlərdə davam edəcəyi, mümkün nəticələrə dair proqnozlar veriləcəyi yüzdə-yüzdür. Amma “Təsnim” xəbər saytı bu baxımdan quşu gözündən vurub. ABŞ-ın “Politico” nəşrindən sitat gətirən sayt yazıb: “Birləşmiş Ştatlar prezidentinin yeni təyinatları ilə çərşənbə axşamı İranla saziş vəfat etdi”.Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam