Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

5 rayonla bağlı mühüm razılıq: hansı şərtlər var?- Açıqlama

 

 

   

 

Duqin Rusiyada siyasi fiqur deyil, o, daha çox tədqiqatçı və nəzəriyyəçidir. Ona görə də rusiyalı ideoloqun Qarabağla bağlı proseslərlə bilavasitə əlaqəsi yoxdur.

Yenixeber.org: Bu sözləri rusiyalı ideoloq, filosof Aleksandr Duqinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsahibəsini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Duqinin fikirləri Rusiya siyasi dairələrində Dağlıq Qarabağla bağlı aparılan müzakirələrdən qaynaqlansa da, heç bir praktiki əhəmiyyət kəsb etmir:

“Ancaq onun fikirləri daha çox real vəziyyəti dəyərləndirmək üçün təsəvvür yaradır. Məlumatlar təsdiq edir ki, rayonların Azərbaycana qaytarılması və bununla bağlı razılaşma hazırda gündəmdədir. Əsas müzakirələr say və şərtlərlə bağlıdır. Burada isə heç bir yenilik yoxdur. Aydındır ki, Ermənistan torpaqlarımızı zəbt edib, Azərbaycan isə haqlı olaraq ərazilərinin qaytarılmasını tələb edir. BMT-nin qətnamələri də bunu açıq-aydın göstərir. Onsuz da Ermənistan gec-tez torpaqlarımızı qaytarmalıdır. Erməni mənbələr də bu reallığı istisna etmir, lakin başqa məsələlərlə əlaqələndirir. Əlaqəndirmə isə ondan ibarətdir ki, beş rayonun qarşılığında ya Dağlıq Qarabğın müstəqilliyinin tanınması, ya Qarabağın danışıqlarda tərəf kimi iştirakı, ya da bölgəyə rus sülhməramlı qoşunların yerləşdirilməsi istənilir və müəyyən güzəştlərin bundan sonra mümkünlüyü irəli sürülür. Bu əlaqəndirmə isə nədənsə Duqinin şərhlərində yoxdur. Bakı bu şərtlər altında hər hansı razılaşmadan imtina edir. Azərbaycan məsələnin kompleks şəklində müzakirəsini, 5 və ya 7 rayonun mərhələli həll planı əsasında qaytarılmasını tələb edir”.

Politoloq Qarabağ münaqişəsinin həllini Rusiya, İran və Türkiyə üçbucağı daxlində mümkünsüz sayıb:

“Rusiya Qarabağ konfliktinin həllində heç vaxt özünə şərik ölkə axtarışında olmayıb. Moskva bu məsələni təkbaşına həll edəcəyini düşünür. Minsk Qrupunun mövcudluğu formal xarakter daşıyır. Açıq-aydın görünür ki, digər oyunçuların əslində rıçaqları yoxdur və ona görə də passiv mövqedədirlər. Burada ən aktiv oyunçu Rusiyadır və münaqişənin tənzimlənməsində ikinci oyunçunu qəbul etməz. O üzdən də Moskva Qarabağla bağlı mövqeyini heç vaxt Tehran və Ankara ilə razılaşdırmayacaq. Rusiya üçün əsas məsələ onun maraqlarının təmin olunmasıdır. Buna görə də Rusiya münaqişədə moderator rolunu qoruyub saxlayır. Burada digər iki ölkənin maraqları Moskvaya tərsdir. Duqinin Avrasiya məkanının birləşdirilməsi ilə bağlı nəzəriyyələri var və burada İran və Türkiyə ümumi məkanda təsvir edilir. Duqinin məlum açıqlamaları da məhz bu nəzəriyəyə xidmət edir və təəssüf ki, real vəziyyətlə uzalaşmır”.

Qeyd edək ki, rusiyalı ideoloq, filosof Aleksandr Duqin erməni mətbuatına müsahibəsində Qarabağ məsələsinin həlli yönündə Bakı və İrəvan arasındakı konstruktiv dialoqun mövcudluğundan bəhs edibvə 5 rayonun qaytarılması ilə bağlı razılaşma olduğunu bildirib:

 

“5 və ya 7 rayonun Azərbaycana qaytarılması xoş niyyətin nümayişi, gərginliyin azaldılması, situasiyanın deeskalasiyasında həlledici addım ola bilər. Bundan sonra hərbi konflikt təhdidi əhəmiyyətli dərəcədə azalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam