Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Türkiyə S-400-dən imtinaya hazırlaşır: nələr itirəcək?– Şərh

Türkiyə S-400-dən imtinaya hazırlaşır: nələr itirəcək?

Əslində, Türkiyənin belə bir qərar verməsi gözlənilən idi

 

 

  Yenixeber.org:    Bu sözləri  Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Onun sözlərinə görə, NATO üzvü olan bir ölkənin alyansın sistemlərinə uyğun gəlməyən və oradakı müəyyən hava hücumundan müdafiə sirlərini oğurlaya biləcək sistemləri almasına nə alyans ölkələri, nə də ABŞ razılıq verə bilərdi:

“Ona görə də Türkiyənin belə bir qərar verməsi gözlənilən idi. Görünür, indi vəziyyət tamamilə ayrı bir müstəvidə inkişaf edir. Birincisi, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir. İkincisi, Rusiya-NATO münasibətləri xeyli gərginləşib, hətta az qala müharibə həddinə çatıb. Belə bir şəraitdə NATO hərbi sirlərin, elektron qaynaqlı müxtəlif məlumatların qarşı tərəfə keçməsindən ehtiyatlanır. Çavuşoğlunun verdiyi bəyanatdan da belə anlaşılır ki, Amerika Türkiyə qarşısında öhdəlik qoyur. Bu öhdəlik də ondan ibarətdir ki, məsələ Konqresdə müzakirə edilsin və razılıq olacağı təqdirdə həyata keçirilsin”.

Politoloq Ankaranın sözügedən qərarını Türkiyənin Amerikadan asılılığı kimi dəyərləndirməyib, sadəcə olaraq, NATO ölkəsinin öz üzərinə götürdüyü öhdəliklərlə əlaqələndirib:

“Görünür, belə bir öhdəlik olub və indi də onun yerinə yetirilməsinə daha dəqiq nəzarət edirlər. Bu nöqteyi-nəzərədən də Türkiyə bu prosedura keçmək məcburiyyəti qarşısında qala bilər. Çünki ikinci bir yol Türkiyənin könüllü surətdə NATO-dan uzaqlaşmasıdır ki, bu da mümkünsüzdür və Ankara üçün arzuolunan deyil”.

Q.Hüseynli S-400-lərdən imtina edəcəyi təqdirdə Türkiyə ilə Rusiya arasındakı münasibətlərə də nəzər salıb:

“Bu proses ilk növbədə Türkiyə üçün çətin keçəcək. Belə ki, Türkiyənin Rusiyaya S-400-lərə görə ödədiyi böyük depozitlər geri qaytarılmayacaq. İkincisi isə Türkiyə-Rusiya münasibətlərdə müəyyən soyuqluq yaşanacaq. Doğrudur, bu gərginlik yüksək həddə çatmayacaq. Çünki Rusiya hazırda təklənmiş vəziyyətdədir və Türkiyəyə ehtiyacı var. Hər halda tərəflər bu fikrə düşməzdən öncə hər şeyi ölçüb-biçməliydilər”.

 

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin hava hücumundan müdafiəyə ehtiyacını təmin etmək üçün ABŞ-ın təsdiqləyəcəyi halda “Patriot” sistemlərini ala biləcəyini açıqlayıb. Bu isə Türkiyənin S-400-lərdən imtinası anlamına gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam