Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Sərkisyan Rusiyanın adamına qarşı: ölkədə üçtirəlik...

Sərkisyan Rusiyanın adamına qarşı: ölkədə üçtirəlik...

 

 

Əgər əvvəllər Serj Sərkisyan və Karen Karapetyan Ermənistanda ikibaşlı hakimiyyət qurmuşdularsa, indi işğalçı ölkə üçbaşlı hakimiyyətin qurbanına çevriləcək

 

   Yenixeber.org:Bu sözləri  açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Serj Sərkisyanın Armen Sərkisyanı Karapetyanla gizli münaqişəni dərinləşdirmək və Rusiyanın kadrını zəiflətmək niyyəti ilə ortaya çıxardığı barədə fikirləri şərh edən ekspertin sözlərinə görə, yeni seçilən Ermənistan prezidenti əsaslı səlahiyyətlərə malik olmasa da, rəmzi fiqur da deyil, çünki onun əlində müəyyən rıçaqlar var:

“Çox güman ki, baş nazir Serj Sərkisyan, onun birinci müavini isə Karen Karapetyan olacaq. İş orasındadır ki, yeni prezidentin Böyük Britaniyada iri biznesi var və bu ona zamanında Avropadakı erməni diasporu ilə sıx əlaqələr qurmağa və ortaq biznes maraqları formalaşdırmağa imkan verib. Eyni zamanda, o, biznes vasitəçi kimi Rusiyada bir çox kommersiya tipli layihələrdə iştirak edib. Ona görə də Armen Sərkisyanın müəyyən maliyyə resurları var. Karapetyanın biznes maraqları isə tamamilə Rusiya ilə bağlıdır. Beləliklə, Armen Sərkisyan hakimiyyətdən iqtisadi maraqlarını qorumaq və rəqibini sıradan çıxarmaq üçün istifadə edəcək”.

Politoloq bildirib ki, Ermənistanın yeni prezidenti ölkəsində müxalif qurumların heç birinin güclənməsinə də imkan verməyəcək:

“Ermənistanda Karen Karapetyanın mövqeyi son zamanlar müəyyən dərəcədə möhkəmlənib və reytinqi artıb. Bu reytinqi aşağı salmaq üçün Karapetyana real rəqib lazım idi və o şəxs də məhz Armen Sərkisyan ola bilərdi. Bu rəqabətlə hər iki cinahı zəiflədəcəyini düşünən S.Sərkisyan hakimiyyət ömrünü bu yolla uzadacağını hesablayır".

Politoloq Qabil Hüseynli də bildirib ki, dəyişikliklər Ermənistana normal heç nə vəd etmir:

"Karen Karapetyan baş nazir təyin olunanda Ermənistanda iqtisadi islahatlara gediləcəyi və krizisdən çıxılacağı barədə təbliğat aparılırdı. Ancaq əksi baş verdi - Ermənistanın xarici borcu artdı, ölkədə bahalaşma tempi daha da sürətləndi, yoxsulluq səviyyəsi bir neçə dəfə çoxaldı, ölkədən böyük miqrasiya yeni vüsət aldı. Hazırda Ermənistan boşalır və bunun qarşısını almaq mümkün deyil. Bundan sonra hakim elitada gözlənilən toqquşma və şəxsi maraqlar naminə çəkişmələr isə bu prosesi daha da sürətləndirəcək".

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatından birbaşa asılı olan Ermənistanı əslində heç bir idarəetmə sistemi xilas edə bilməz:

"Sanksiyalar Rusiyaya ciddi təsir göstərir və Ermənistana Rusiyadan daxil olan vəsaitlər hazırda iki dəfədən də çox aşağı düşüb. Ermənistanın özünün inkişafı isə mümkün deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi səbəbindən transmilli layihələrdən kənarda qalan bu ölkənin iqtisadi resursları da yoxdur. Həmçinin, Qərbdən də ianələr azalır".

Qeyd edək ki, Armen Sərkisyan parlamentdə səsvermə zamanı Ermənistan prezidenti seçilib. Prezident vəzifəsinə yeganə namizəd olan Sərkisyanın namizədliyini Daşnaksütyun, Respublika partiyaları və Tsarukyan Bloku dəstəkləyib. Onun əleyhinə yalnız Yelk Blokunun üzvləri səs veriblər. Ümumilikdə Sərkisyanın xeyrinə 90 səs qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam