Redaktor seçimi
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

XİN-dən cavab:"Nalbandyan nağıllara müraciət edir"

 

XİN-dən cavab: "Nalbandyan nağıllara müraciət edir"

Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb.

Yenixeber.org: Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışını şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin nağıllara müraciət etməsi təəccüblü deyil: "Çünki Ermənistanın mifik nağıllar dünyası əsasında özünə reallıq qurması heç kimə sirr deyil. Ermənistanın iddia etdiyi məntiqsizlik ancaq nağıllarla izah edilə bilər. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin bu kimi nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb".

XİN rəsmisi əlavə edib ki, BMT TŞ-nin qətnamələrində olduğu kimi, Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı sammitinin yekun sənədini oxuyub başa düşmək əvəzinə Ermənistan XİN rəhbəri nağıllar və əfsanələrə müraciət edir:

"Avropa İttifaqının Brüssel sammitinin yekun bəyanatında bütün Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə münasibətdə Aİ öhdəliyi bir daha ifadə olunur".
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?