Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Partiyaların seçki qərarı–Kimlər gedir, kimlər getmir?

Daha bir neçə partiyanın 11 aprel prezident seçkisinə rəsmi münasibəti bəlli olub. Fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının Məclisi seçkini boykot etmək qərarı verib.

Yenixeber.org: Vətəndaş və İnkişaf Partiyasının Məclisi fevralın 18-də sədr Əli Əliyevi prezidentliyə namizəd irəli sürüb.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli fevralın 19-da Novator.az-a deyib ki, böyük ehtimalla təşkilat seçkidə öz namizədi ilə iştirak etməyəcək: “Bu haqda xüsusi qərar çıxarmaq nəzərdə tutulmur. Partiyaların növbədənkənar prezident seçkisində iştirakını müsbət qarşılayırıq. Konkret kimə dəstək verəcəyimiz isə kampaniyanın gedişində açıqlanacaq”.

Azərbaycan Demokrat Partiyası yekun qərarını sabah verəcək.

Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinə qatılmış 12 nəfərin namizədliyini təsdiqləyib: Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.

Qalan iddiaçılar müstəqil namizədlərdir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov və Elşən Həsənov.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Ümid Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Liberal Partiyası, Ədalət Partiyası 11 aprel seçkisində iştirak etmir.

Parlamentdə təmsil olunan Ana Vətən Partiyası İlham Əliyevə dəstək qərarı çıxarıb. Milli Məclisdə bir mandatı olan Vəhdət Partiyası da bu niyyətdədir.

Demokratik İslahatlar Partiyası (sədri deputat Asim Mollazadə) seçkiyə müşahidəçi kimi qatılacağını, yəni ayrıca namizədinin olmayacağını bəyan edib.

Fevralın 19-da Böyük Quruluş Partiyası (başqanı deputat Fazil Mustafa) 11 aprel seçkisi ilə bağlı yekun qərar çıxarıb. Qərar seçkiyə konkret namizədlə getməməyi, müxalif düşərgəni təmsil edən, xüsusilə parlamentdə yer alan partiyaların namizədlərindən birini dəstəkləməyi nəzərdə tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam