Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

"Rəngli inqilab" başa çatdı- simvol təhqir olundu

"Rəngli inqilab" başa çatdı

 

 

 

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili fevralın 12-də, Kiyev vaxtı ilə saat 16:00 radələrində çarter reysi ilə Polşaya göndərildi. Xüsusi uniformada olan 14 nəfərin sabiq prezidentin olduğu restorana daxil olması, Saakaşvilini yaxalamaları, daha sonra isə saçlarından tutaraq çölə çıxarmaları dünya mediasının əsas mövzusu oldu

 

Yenixeber.org: Qərbin "narıncı inqilab" layihəsinin simvolu hər kəsin gözü önündə təhqir edildi. Vaşinqton öz qızğın tərəfdarını asanlıqla qurban verdi. Əslində, Saakaşvili erasının bitməsi Ukraynada və MDB məkanında "narıncı dövr"ün başa çatması anlamına gəlir. Mahiyyət etibarilə, Saakaşvili linç edildi, onun ekstrimal vəziyyətlərdə ən optimal qərar qəbul etmək istedadı da köməyinə gələ bilmədi.

Bir siyasi lider olaraq, Saakaşvilinin karyerasını bitmiş hesab etmək olar. Artıq onun Ukrayna vətəndaşlığı ləğv olunub, Gürcüstan isə hələ bir neçə il qabaq sabiq prezidenti vətəndaşlıqdan məhrum etmişdi. Görünən budur ki, Qərb Saakaşvilidən istifadə edib və indi o, heç kəsə gərək deyil. Vaşinqton birbaşa Moskva və Kiyevlə anlaşandan və Mişaya ehtiyac duyulmayandan sonra, sadəcə onu bir kənara atdı.

Saakaşvili artıq doğma Gürcüstana da lazım deyil. Hər addımda rastlaşılan gürcü eqosu da Mişanı xilas edə bilmədi. Saakaşvili böyük siyasətdə xalq amilinin qabardılmasını sevmirdi. O bilirdi ki, gürcülər nə "əfsanəvi Stalin"ə, nə millətçi Qamxasurduyaya, nə də on illər boyunca xalqına xidmət etmiş Şevarnadzeyə sadiq olublar. Bu baxımdan, Mişa anlayırdı ki, Ukraynada təhqir ediləndən sonra doğma vətəninə dönə bilməyəcək.

Gürcüstan rəhbərliyinin özü bunda maraqlı deyil. Artıq başağrısı rəsmi Tiflisin nəyinə lazımdır? Gürcülərə xaricdə arabir gözə dəyən, emossional şərhlər verən Mişa lazımdır. Kutasi şərabını son damcıya qədər içib, "gürcü bico"nun şərəfinə tost deyə bilərlər, amma onun üçün döyüşmək gürcülərə lazım deyil.

Siyasət ən amansız və qəddar fəaliyyət sahəsidir. Vaxt var idi, Mişanın Gürcüstanda apardığı islahatlar örnək idi. Bu örnək unudulub və o, artıq heç bir dövlətə lazım deyil. Qərbə və Polşaya da siyasətçi Saakaşvili lazım deyil. ABŞ və ya hansısa Avropa ölkəsi sabiq prezidenti mühazirələrə dəvət edə bilər. Lakin Mişanı fəaliyyətdə olan siyasətçi qismində görmək kimsənin marağında deyil.

Лидер Движения новых сил, бывший глава Одесской области Михаил Саакашвили выступает в национальном университете Львовская политехника во Львове, 20 декабря 2016 года
© SPUTNİK / STR
Saakaşvili Polşaya qaytarıldı
Saakaşvilinin Gürcüstanda, Ukraynada hakimiyyətə qayıtması Rusiya ilə yenidən qarşıdurmaya gətirib çıxara bilər. Saakaşvili Tiflisə və ya Kiyevə qayıdarsa, Gürcüstanda və ya Ukraynada hansı gərginliklər yaşanacaq, vətəndaş qarşıdurması olacaqmı, bunu demək çətindir. Odur ki, ona "Ты кто такой, давай до свидания" dedilər.

Mişanın arxasında Ukrayna oliqarxları da dayanmadı. Klan savaşı, köhnə klanın məhvi, Poroşenkonun yeni klan formalaşdırmaq cəhdi Mişanı meydanda yalnız buraxdı. Oliqarxiya savaşında tək döyüşmək olmazdı. Beləliklə, Mişa məğlub oldu.

Ölkələrin tarixində fərdlərin taleyi az önəm kəsb edir. Əsas olan proseslərdir. Lakin Mişa Gürcüstanın daxili siyasətində mühüm addımlar ata bilmişdi. İndi isə qonşu ölkədə əks proseslər cərəyan edir. Bu baxımdan, Gürcüstan da tezliklə dəyişəcək. İstisna deyil ki, yenə də Şevardnadzenin zamanında olduğu kimi gürcülər hər addımbaşı "qanuni oğru"ların təhqirinə tuş gələcəklər.

Lakin siyasətin çirkabında boğulmayan insanlar üçün Mişa önəmsizdir. Yüz minlərlə gürcü Saakaşvili siyasətdə olmadan da normal yaşayacaq. Böyük siyasətçilər heç vaxt impulsiv olmurlar. Onlar ilk növbədə öz maraqlarını hesablaya bilirlər.

Mişa isə bunu hesablaya bilmədi və xidmət etmək istədiyi bir slavyan ölkəsindən başıqapazlı, yerlərdə sürünərək, rüsvay edilərək qovuldu. Hər kəsə görk olsun deyə, aşağılandı.

Mixail Saakaşvili erasının belə acınacaqlı sonluqla bitməsi "rəngli inqilab"ların da bitməsi anlamına gəlir. İndi Poroşenko Moskvaya doğru iməkləyəcək və "Amerika nağılı" sona çatacaq. Bu nağılın bir xüsusiyyəti oldu. Bu dəfə göydən üç alma düşmədi...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam