Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Davos "dava"sının rəqəmləri

 

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibəsində dövlət başçısının Davos səfəri ilə bağlı maraqlı məqamlar açıqlayıb. O deyib ki, prezident yanvar səfərində Dünya İqtisadi Forumunda 12-ci dəfə iştirak edib: “Bu illər ərzində o, Davosda 183 görüş keçirib, bunlardan 33-ü bilavasitə dövlət başçıları ilə keçirilən görüşlərdir. Prezident 19 hökumət başçısı, 23 nazir və digər hökumət rəsmiləri, 90-dan artıq şirkət rəhbəri, 18 beynəlxalq təşkilatın rəhbərləri ilə bir araya gəlib. Dövlət başçısı 27 dəfə forumun sessiyalarında iştirak edib, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə verib

 

Yenixeber.org: Qeyd etdiyim görüşlərin hamısı qarşı tərəfin təşəbbüsü ilə keçirilib. Yəni Azərbaycan prezidenti hər hansı bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etməyib. Bu dəfə mən özüm də canlı şahidi oldum ki, prezidentin ən böyük qayğılarından biri görüşlərin necə minimallaşdırılması idi. Görüş üçün həddindən artıq müraciət var idi və bu müraciətlər arasında seçim etmək müəyyən çətinliklər yarada bilirdi. Bütün bu 12 il ərzində eyni proses davam edib, yəni prezidentlə görüşmək istəyənlərin təşəbbüsü ilə görüşlər təşkil olunub”.

Novator.az-ın məlumatına görə, Natiq Əmirov qeyd edib ki, prezident bu səfərində 3 gün ərzində 30-dan artıq görüş keçirib: “Görüşlər hər gün səhər saat 7-dən başlayır və günün sonuna qədər davam edirdi”.

 

Prezidentin köməkçisi Davos görüşlərini 4 istiqamətə ayırıb: siyasi əhəmiyyət daşıyan görüşlər, iqtisadi əhəmiyyət daşıyan görüşlər, lider texnologiya şirkətləri ilə görüşlər, infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərlə görüşlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam