Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Almaniya ABŞ-ın qərarına qarşı- “Şimal axını 2”-yə müsbət rəy


6

“Şimal axını-2” layihəsinin operatoru Almaniyanın ərazi sularında qaz kəmərinin tikintisi üçün icazə alıb.

Yenixeber.org: RİA Novosti bildirir ki, bu barədə “Nord Stream 2 AG” şirkətinin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, qaz kəmərinin Lyubmin ərazisində quru hissəsinin çəkilməsinə müsbət rəy verilib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson “Şimal axını 2” təbii qaz boru kəmərinə qarşı çıxıb. Bildirib ki, Rusiya və Almaniya arasında nəzərdə tutulan layihə Avropa üçün təhlükə yaradır.

Virtualaz.org xatırladır ki, 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Almaniyanın “Wintershall”, Avstriyanın “OMV”, eləcə də “Dutch Shell” şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsi 2019-cu ilin sonunadək başa çatdırılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam