Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

«Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq»– ABŞ-dan Türkiyəyə təklif

 

rex_tillerson_231017Xarici KİV-lərin verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) «Zeytun budağı» əməliyyatına son vermək məqsədilə, Suriyanın şimal-qərbində təhlükəsizlik zonası yaratmaq imkanlarının öyrənilməsini Türkiyə tərəfinə təklif edib.

Yenixeber.org: «Röyter» agentiyinin məlumatına görə, bu təkliflə ABŞ dövlət katibi Reks Tillerson çıxış edib.

Onun sözlərinə görə, ABŞ «eyni məzmunlu təhlükəsizlik zonası yaratmaq üçün birgə işləmək» imkanlarına baxmağın tərəfdarıdır ki, nəticə Ankaranın tələblərini təmin etmiş olsun.

«Ona görə də biz, türklərlə və bir sıra güclərlə diskusiyadayıq ki, mövcud situasiyanı sabitləşdirməyin və Türkiyənin öz təhlükəsizliyi üçün qanuni narahatlığını aradan qaldırmağın mümkün yollarını tapaq» – ABŞ-ın baş diplomatı qeyd edib.

Maraqlıdır ki, Türkiyənin «Zeytun budağı» əməliyyatına başlamasından öncə, ABŞ elə həmin «təhlükəsizlik zonası»nı Afrindəki terrorçu kürdlərlə (PKK-nün Suriya qolu – PYD ilə) birlikdə yaratmaq fikrinə düşmüşdü. Bu məqsədə, Vaşinqton Afrin kürdlərindən ibarət 30 minlik silahlı birləşmə yaradacağını elan etmişdi…

Buradan açıq şəkildə görünür ki, ABŞ üçün Suriyada kiminlə işləməyin (terrorçu ilə yaxud, terrorla mübarizə aparanla!) prinsipial fərqi yoxdur. Bu cür bəhanələrlə ABŞ, yalnız «bölgəyə burnunu soxmaq» üçün təlaşlı cəhdlər göstərir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam