Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir -Sərdar Cəlaloğludan ŞOKiddia

Yenixeber.org: “Bu gün Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər haqqında danışarkən deyib:


“Əbülfəz Elçibəy indi olmadığına görə mən hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər”.


S.Cəlaloğlu deyib ki, İsa Qəmbər istefa verib gedəndən sonra Müsavat Partiyası parçalanmağa başladı.


“Bəzən biz şəxsiyyətin rolunu azaldırıq. Amma istəsək də, istəməsək də bir şeyi bilməliyik ki, xüsusən siyasi partiyanın formalaşmasında şəxsiyyət amili çox böyük rol oynayır. Çünki burada lider həm də imicmeyker rolunda çıxış edir. Bu baxımdan İsa Qəmbərin Müsavatdan getməsi Müsavatın siyasi partiya kimi taleyini həll etdi”.


Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftəsonu  evində infarkt keçirib. Bundan sonra təcili yardımla Mərkəzi Klinikaya aparılıb. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti yaxşılaşıb. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam