Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

ABŞ Rusiyanın fəallaşmasına şərait yaradır- Politoloq

 

 

Rusiya diplomatiyası ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdi. Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova Azərbaycanı tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğuladı. Bu da amerikalıların axmaq siyasətinin nəticəsidir

Yenixeber.org:  Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Vaşinqton dostlarını sürətlə itirir:

"Yəni Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda hansısa təhlükə ilə üzləşib? Neçə il öncə Amerika Respublika İnstitutunun rəhbəri Bakıdakı mənzilində öldürülmüşdü, ancaq bunun terrorla əlaqəsi yox idi, məişət zəminində baş verən cinayət idi. Başqa olay yadıma düşmür. Görünür, Amerikada hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risklidir. Maraqlıdır bəs İranla isti münasibətləri olan Ermənistanın adı niyə siyahıda yoxdur? Bu cür yanaşma ilə Amerika dost saydığı ölkələri də özündən uzaqlaşdırır".

Politoloq bildirib ki, 2001-ci ilin sentyabrın 11-də terrorçular Amerikaya hücum etdilər, 3 min vətəndaş terrorun qurbanı oldu:

"Onda eyni məntiqlə Azərbaycan XİN açıqlama verib deməliydi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının Amerikaya səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya Amerikanın böyük şəhərlərində elə küçələr var ki, ora turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Onda belə çıxır ki, turistlər Amerikaya getməməlidirlər? Nə isə bəzilərimiz Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə fəallaşmasına şərait yaradır".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan amerkalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?