Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Putin:“Suriyada təxribat törədənlər var, amma türklər deyil”

 

Rusiya prezidenti Vladimir Putin, Suriyadakı rus hərbi bazalarına edilən hücumla bağlı açıqlama verib.

Yenixeber.org:  Kreml rəhbəri bu barədə ölkə KİV-lərinin baş redaktorlarının suallarını cavablandırarkən danışıb.

“Türkiyə prezidenti cənab Ərdoğanla telefonla danışdım. PUA-larla Suriyadakı hərbi bazalarımıza olan hücumları müzakirə etdik. Mən əminəm ki, nə türk hərbçiləri, nə Türkiyə hakimiyyətinin, nə də Türkiyə dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur. Ərdoğan etiraf etdi ki, PUA-ların havaya qalxdığı əraziyə onlar nəzarət etməli idilər. Düzünü desəm, heç biz özümüz də hər zaman nəzarət etməli olduğumuz yerə nəzarət etməyə nail ola bilmirik” – Putin deyib.

Öz növbəsində Türkiyə prezidenti Suriyada təxribatçıların olduğunu, lakin onların türklər olmadığını bildirib: “Orada təxribat törədənlər var, amma türklər deyil. Biz onların kim olduğunu bilirik. Bu təxribat üçün onlara kimin nə qədər pul ödədiyindən də xəbərimiz var. Bu təxribatlar Rusiya, Türkiyə, İran arasında əldə olunmuş razılaşmaların pozulmasına istiqamətlənib”.(Sputnik)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam