Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Tehranda minlərlə insan aksiya keçirir –FOTO

Tehranda minlərlə insan aksiya keçirir –

 

Dekabrın 29-da İranda sosial-iqtisadi problemlərlə əlaqədar başlayan etiraz aksiyaları davam edir

Yenixeber.org:B Bu gün etiraz edən şəhərlər sırasında paytaxt Tehran da qoşulub. 

Şəhərin İnqilab meydanında etiraz aksiyası başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri gəlib. Daha sonra aksiya Tehran Universitetini də əhatə edib. Etirazçı kütlənin Vəliəsr meydanında toplaşmağa hazırlaşdığı bildirilir. 

İran Ali Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Nəqavi ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: “Biz bunları həll etməliyik, lakin düşmənlərin bu problemlərdən istifadə etməsinə imkan verməyəcəyik”.

Daxili işlər naziri Rəhman Fəzli isə kiberməkanda etirazlara çağırışların səsləndiyini və bunun qanunsuz olduğunu bəyan edib. O, insanları aksiyalara qoşulmamağa çağırıb.

Dekabrın 29-da kütləvi aksiyanın keçirildiyi Kirmanşahda kütlənin bu gün də meydana toplaşmağa başladığı xəbər verilir. Şəhri-Kord şəhərində isə təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları keçirilib. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Məşhəddə kütlə “Nə Qəzza, nə Livan, mənim həyatım İran!” deyə qışqırıb. Bu şəhərdə 52 nəfər saxlanılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam