Redaktor seçimi
     1109 SAYLI MƏHKUM-
Gəncləşən Diaspor Komitəsində “köhnə bazarlıq” -
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Günün xəbəri

Putin, Nazarbayev və Szinpin İlham Əliyevi təbrik etdi

Putin, Nazarbayev və Szinpin İlham Əliyevi təbrik etdi

 

Yenixeber.org:Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

 

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməyi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib.

Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm”.

***

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm”.

***

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm”.

***

Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Məktubda deyilir:

“Zati-aliləri.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Aramızda qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək.

Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm”.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib:

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir. Sizin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyinizi yüksək qiymətləndirirəm. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm”.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Zati-aliləri mübarək doğum gününüz münasibətilə Sizi bütün özbək xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan sonsuz məmnunluq hissi duyuram.

Özbəkistanda Sizin möhtərəm atanız – görkəmli dövlət xadimi, müstəqil və suveren Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyev böyük hörmətlə xatırlanır. Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində bu Ulu İnsanın töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur.

Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik.

Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm.

Əzəldən dili və dini, dəyərləri və ənənələri, mədəniyyəti ümumi olan Özbəkistan ilə Azərbaycanı səmimi qonşuluq, dostluq, qarşılıqlı hörmət, etibar, səmimilik və bir-birini dəstəkləmə prinsipinə əsaslanan qardaşlıq əlaqələri və birgə həyata keçirilən səylər birləşdirir.

Son zamanlar dövlətlərimiz arasındakı münasibətlərin praktik cəhətdən yeni məzmuna malik olub daha da inkişaf etməsi bizi sevindirir.

Xüsusilə, cari ildə Sizinlə dəfələrlə keçirilən səmimi görüşlərimiz Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üçün səmərəli zəmin yaratmışdır.

Qarşılıqlı əməkdaşlıq sahəsində olduqca böyük imkanların mövcudluğunu etiraf edərək, gələcəkdə bütün istiqamətlərdə əlaqələrimizin genişləndirilməsi dost ölkələrimizin mənafelərinə tam uyğundur.

Əminəm ki, gələcək yüksək səviyyəli görüşlərimiz dostluq münasibətlərimizi daha da intensivləşdirəcək, yüksək keyfiyyət səviyyəsinə çatdırılmasına, qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, ailə üzvlərinizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram”.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Təbrikdə deyilir:

“Zati-aliləri.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır.

Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram”.

***

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Fürsətdən istifadə edərək, səmimiyyətə, qarşılıqlı hörmətə və inama, hüquq bərabərliyinə söykənən və dostluq xarakteri daşıyan əlaqələrimizin möhkəmləndirilməsinə verdiyiniz şəxsi töhfələrinizin əhəmiyyətini vurğulamaq istərdim. Həmçinin ölkələrimiz arasında mövcud olan, uzun illər ərzində uğurlu nəticələr verən əməkdaşlıq da böyük əhəmiyyət daşıyır. Serbiya ali səviyyədə qurulmuş dialoqu yüksək qiymətləndirir, Münxendə və İstanbulda keçirilmiş müxtəlif beynəlxalq forumlar çərçivəsində görüşlər və qarşılıqlı səfərlər isə ölkələrimiz arasındakı əməkdaşlığa güclü töhfə verib və verməkdə davam edir.

Zati-aliləri, Sizə Azərbaycan Respublikasının rifahı, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

 

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı bildirirəm”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?