Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İcra başçısı pul alıb, vətəndaşı intihar həddinə gətirirsə…”

 

“Təkcə icra başçıları deyil, digər məmurlar da vətəndaşların əsəblərini tarıma çəkir” 

 

"Xeberinfo.com": “İntihar çıxış yolu deyil. Hər hansı rayon rəhbərinin, məmurun qanunsuz hərəkətinə etiraz olaraq özünü öldürmək yox, buna qarşı hüquqi müstəvidə mübarizə aparmaq lazımdır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.
Xatırladaq ki, bu gün Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd olub.
Fəqan Nəsibov adlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin onu aldatdığını əsas gətirərək, çıxış yolunu intiharda görüb.
O, bildirib ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən onu aldadaraq 65 min dollar pulunu mənimsəyib. Başçı dəfələrlə ona pulu qaytaracağını desə də, vədinə xilaf çıxıb.
Millət vəkili Fazil Mustafa bildirdi ki, icra başçısının əməli təsdiqini taparsa, onun haqqında ciddi ölçü götürülməlidir: “Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onlar Lütvəli Babyevin həqiqətən vətəndaşı aldadıb-aldatmadığını, onun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmalıdır. Əgər həqiqətən də icra başçısı pul alıb, vətəndaşı intihar həddinə gətiribsə, onun haqqında ən sərt formada ölçü götürülməlidir. Təəssüf ki, bu gün təkcə icra başçıları deyil, digər məmurlar da vətəndaşların əsəblərini tarıma çəkir”.
İnsanları səbrli olmağa, intihardan yayınmağa çağıran BQP sədri qeyd etdi ki, intihar çıxış yolu deyil: “Bu İslamda da yasaq olunur. İnsana canı Allah verir və heç bir insan öz canına qıya bilməz”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam