Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Avropa İttifaqı:Azərbaycan qısa zamanda dəyişə biləcəyini sübut edib

Avropa İttifaqı:

 

"Avropa İttifaqı ilə Azərbaycan müsbət dinamika üzrə öz əlaqələrini inkişaf etdirir"

 

Yenixeber.org: Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis YankauskasBeynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Əmək Miqrasiyası İdarəçiliyinə dair seminarda deyib.

Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan neft ölkəsindən iqtisadiyyatı daha çox şaxələndirilmiş ölkəyə doğru addımlayıb. "Həmçinin, Azərbaycan miqrantların mənşə ölkəsindən tranzit və daha çox təyinat ölkəsinə çevrilməkdədir. Bundan başqa, ölkədə bir il bundan qabaq başlayan iqtisadi islahatlar turizm, kənd təsərrüfatı, sahibkarlıq, logistika, kiçik və orta biznes sahəsində öz gözəl nəticələrini verməkdədir. Bu sahələrin inkişafı üçün əmək resursu lazımdır. Hər il Avropa İttifaqı Azərbaycanda fəaliyyət göstərən 300 Avropa şirkəti arasında sorğu keçirir. Sorğu göstərir ki, müəyyən məsələlər təkmilləşdirilməlidir. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin yalnız 30%-i əmək qüvvəsi ilə bağlı məmnunluğu ifadə edir, 22%-i mövcud miqrasiya siyasətindən məmnundurlar. Təbii ki, burada siyasi heç bir şey yoxdur, söhbət biznesin ehtiyaclarından gedir.

Azərbaycan artıq sübut edib ki, çox qısa zamanda dəyişə bilər. "ASAN Visa" bir neçə il bundan öncə yox idi. İndiyədək 260 mindən çox viza verilib. "ASAN xidmət" artıq Azərbaycan üçün brendə çevrilib. Avropa İttifaqı olaraq Azərbaycanla münasibətlərdə biz yaxşı dinamika görürük. Biz iqtisadiyyatlarımızın inteqrasiya etməsini, ölkələr və regionlarımızın birləşməsini istəyirik. Miqrasiya bu prosesin tərkib hissəsidir. Avropa İttifaqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi ilə birgə işləyir ki, peşə təhsili təkmilləşsin. Qeyd edim ki, Avropa İttifaqı həm maliyyə dəstəyi verməklə, həm də təcrübələrini bölüşməklə bu proseslərə dəstək vermək niyyətindədir”, - deyə K. Yankauskas bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam