Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

PUTİN İNDİ DƏ BƏŞƏR ƏSƏDİ HƏDƏLƏYİR:“Ölkəndə siyasi tənzimləmə üzrə bizim planımızı qəbul etməsən...” – Təhlil

RF prezidenti V.Putin Suriyada Xmeymim aviabazasında

© RİA Novosti

 

Ron Bey İşay

Yedioth Ahronoth (İsrail), 14.12.2017

 

Yenixeber.org: Rusiya öz planına əsasən nizamlamaya cəhd edir, Suriya prezidenti isə özünün üstünlüyündə israrldır. İranlılar da güzəştə getməli olacaq ki, təklikdə qalmasınlar. Bəs Putinin Misirdəki maraqları hansılardır?

Putinin Yaxın Şərq səfəri qələbəni bayram etmək və yaxud Rusiya prezidentinə yaraşdığı kimi, “barmağını amerikalıların gözünə soxmaq” məqsədi güdmürdü.Putinin bu səfərə ehtiyacı var idi, çünki Suriya tənzimlənməsi görünməmiş çətinliklərlə üzləşib.

Putinə bu sirr açılıb ki, Əsəd onun sayəsində salamat və hakimiyyətdə qaldığına baxmayaraq, onlar vətəndaş müharibəsindən sonrakı siyasətə müxtəlif cür yanaşırlar. Özü də təkcə Əsəd deyil: İran və Türkiyə də siyasi tənzimləməni bir qədər başqa cür təsəvvür edir. Rusiya və Putin barışığa və ölkənin hərbi bölgəsində ayrı-ayrı və müxtəlif şərtlərlə atəşkəsi yoluna qoymaqda maraqlıdır.Əsəd isə müxalifət, üsyançılar və kürdlərin iştirakı olmadan ölkədə təkbaşına hakimiyyət tələb etməklə öz tərəfindən güzəştlərə getməyə hazır deyil.

Ruslar əvvəlcə ayrıca hər bir bölgədə hərbi əməliyyatları dayandırmaq niyyətindədirlər. Üsyançılar, Kürdlər və müxalifətə hər bir bölgədə pay  ayrılmalıdır. Həmçinin Əsədin və ələvilərin ölkədə yeganə idarəçi olmayacağı duruma yol verilir.Əsəd və iranlılar bu cür durumu hətta nəzərdən keçirməyə də hazır deyillər. Onların baxışına görə, hakimiyyət Əsədin və ailəsinin əlində qalacaq – ta Əsəd başqa cür qərara gələnə kimi.

Suriyanın şimalında öz sərhədinin yaxınlığında muxtar kürd vilayəti haqda hətta eşitməyə hazır olmayan türklər də durumu qəlizləşdirirlər. Ruslar isə, əksinə, kürdlərə rəğbət bəsləyir və müdafiə edirlər – ABŞ-ın dəstəyini dayandırmaq şərtilə. Lakin Türkiyə prezidenti Ərdoğan onun qüvvələri Suriyadan çıxarkən kürdlərin özlərinə tabe ərazilərdə birləşməyinə və (İraqın şimalında artıq on il mövcud olduğu kimi) muxtar vilayət əldə etməyinə yol verməkdən qəti şəkildə imtina edir. Rusların iranlılarla da fikir ayrılıqları var. Deməli, məsələn, ruslar buna hazır deyillər ki, Tartusda olduğu kimi iranlılar da öz liman payını əldə etsinlər. Ruslar həmçinin istəmirlər ki, iranlılar onlarla bərabər Suriyanın rekonstruksiyası və yenidən qurulmasına qatılsınlar. Həmçinin neft sənayesində. Onlar “ət”in böyük tikəsini özlərinə götürmək istəyirlər. Bütün bu və digər ziddiyyətlər üzündən Putinin keçən ay kurort şəhəri Soçidə çağırdığı yüksəksəviyyəli görüş iflasa uğrayıb. O, Əsədlə, İran prezidenti Ruhani və Ərdoğanla görüşüb, Netanyahu və general əs-Sisiylə telefeon danışıqları aparıb, amma nəticəsiz olub. Yüksəksəviyyəli görüş fikir ayrılıqlaıyla qurtarıb, nəticədə rusların BMT himayəsi altında Astana və Cenevrədə apardığı danışıqlar da qüvvəsini itirib.

Putin məsələni özü üçün sərfəli məcraya yönəltmək istəyir və Suriyaya səfəri məhz buna görə edib. O, səfərin gedişində bildirib ki, öz qüvvələrinə Suriyadan çıxmağa hazırlıq görmək göstərişi verib. Hər şey elə də qorxulu deyil – ruslar Latakiya yaxınlığındakı aeroportda, həmçinin Tartus limanında bundan sonra da yerləşmək niyyətindədirlər.  Lakin Putin qalan qüvvələri, o cümlədən zenit raketləri, radarlar və yerüstü qoşunların böyük qismini, həmçinin bütün ölkə boyu Suriya qoşunlarıyla olan hərbi müşavirlərini çıxarmaq istəyir.

Bu bəyanatlar Rusiyanın, əslində, Əsədə birbaşa təhlükə yaratmaqla Suriyadan çıxmaq niyyətini göstərməldir: ölkəndə siyasi tənzimləmə üzrə bizim planımızı qəbul etməsən, üsyançıların, həmçinin dünya cihadının öhdəsindən gəlməli olacaqsan. Putin faktiki olaraq deyir: biz kömək üçün yanında olmayacağıq, çünki sənin qoşunların çətinliklə üzləşəndə hər dəfə müdaxilə edən döyüş təyyarələrimiz və helikopterlərimizin sayını güclü şəkildə azaldacağıq.

Bu onunla hesablaşmağa məcbur olacaq Əsəd və iranlılar üçün çox ciddi hədədir.

 

“Sizin hisslərinizi anlayıram, Tramp pis adamdır”

 

Putin Suriyadan Misirə yollanıb – hər şeydən göründüyü üzrə, prezident əs-Sisinin dəstəyini əldə etmək, həmçinin Misirlə əlaqələri möhkəmləndirmək və Rusiyanın Yaxın Şərqdə ABŞ-ın əvəzinə üstün dövlət kimi statusunu möhkləmləndirmək üçün. Şübhəsiz, Putin bu kontekstdə Trampın Qüdsün statusu haqda bəyanatından ərəb dünyası və iranlılarla əlaqələri bərkitməkdən ötrü rıçaq kimi faydalanır. Belə çıxır ki,Tramp pisdir, Putin isə müsəlmanların hisslərini başa düşür və maraqlarını müdafiə edir.

RF prezidenti V.Putinin Misirə işgüzar səfəri

 

Putin, yəqin, bu faktı gizlədir ki, Rusiya bir neçə ay qabaq aydın şəkildə işarə vurub ki, qərbi Qüdsü İsrailin paytaxtı kimi görür. Lakin yol vermək olmaz ki, bu xırdalıqlar son nəticədə ərəblərə hərbi avadanlıq və silah satmaq üçün onlarla əlaqələri möhkəmləndirməkdə Putinə mane olsun. Rusiya Yaxın Şərqdə milyardlarla dəyərində silah satmağa artıq nail olub ki, bu da, şübhəsiz, onun aşkar maraqlarından biridir.

Bu, İsrailin baxımından pis xəbər deyil. Suriya tənzimlənməsi üzrə Rusiya planıƏsəd və iranlıların görüşündən daha üstündür. Lakin təzəcə başlanmış proses haqda mülahizə yeritmək hələ çox tezdir və Suriyada müharibə bitməyib. Hər şeydən göründüyü üzrə, hələ çox aylar ərzində, bəlkə də, ildən çox davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam