Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanla Pakistan arasında yeni müqavilələr imzalanacaq

Azərbaycanla Pakistan arasında yeni müqavilələr imzalanacaq

 

Azərbaycan və Pakistan təhsil, idman və mədəniyyət sahələrində yendi razılaşmalar imzalamağı planlaşdırır

 

Yenixeber.org: Bu barədə özəl müsahibəsində Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Yusif deyib.

Nazir qeyd edib ki, hər iki ölkə zəngin tarixə, ənənələrə və mədəniyyətə malikdir.

“Nəsillərcə səyyahlar hər iki ölkəyə Böyük İpək Yolu ilə səyahət edib, buda ki, hər iki ölkənin mədəniyyətlərinin, mətbəx ənənələrinin və həyat tərzinin daha da zənginləşməsinə şərait yaratmışdır. Buna görə də biz, bütün bu sahələrdə əməkdaşlığımızı möhkəmləndirmək və gücləndirmək üçün çalışırıq”, - deyə Məhəmməd Asif bildirib.

Pakistan XİN-in başçısı vurğulayıb ki, onun ölkəsi Azərbaycanla sıx, səmimi və qardaş münasibətlər qurub: “Biz bu ümumi imana köklənən, mədəni ənənələrin və tarixin çoxsaylı məqamları ilə bağlı münasibətləri yüksək dəyərləndiririk”.

Hal-hazırda Azərbaycan və Pakistan arasında normativ-hüquqi baza 30-dan çox sənədi əhatə edir. Azərbaycan artıq bir çox illərdir ki, Pakistana sosial sahənin müxtəlif istiqamətlərində dəstək göstərir. Məsələn, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi xətti ilə əlilliyi olan şəxslərin reabilitasiyası üçün zəruri olan 100-dən çox əlil arabası və müxtəlif avadanlıqlar təmin edilmişdir. Azərbaycan həmçinin Pakistan tələbələri üçün təqaüdlər təqdim edərək, ölkə sakinləri üçün pulsuz tibbi müayinələr keçirmiş və digər tibbi yardımlar göstərmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam