Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi

 

“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”



Yenixeber.org: Bu sözləri xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Rəsmi Bakının sözçüsü əlavə edib ki, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edib, ölkəsinin səfirliyinin Tel-Əvivdən həmin şəhərə köçürülməsi barədə qərar imzalayıb.

Novator.az bildirir ki, 1947-ci ildə yaradılmış İsrail Dövləti 1949-cu ildə Yerusəlimi özünün vahid və bölünməz paytaxtı elan edib. 1967-ci ildə İsrail hərbi güclə bütün şəhəri, eyni zamanda Fələstinin başqa ərazilərini tutub. Dünya birliyi bu ilhaqı tanımır, şəhərin şərq hissəsinin Fələstinə verilməsini istəyir. Bir çox ölkə, o cümlədən Azərbaycan Fələstin Dövlətini 1967-ci ilin sərhədləri çərçivəsində, Şərqi Qüdsü Fələstin paytaxtı kimi tanıyır.

1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam