Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Doroxin Azərbaycan xalqına müraciət etdi

Doroxin Azərbaycan xalqına müraciət etdi

 

"Təxminən, doqquz il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri tam möhkəmləndirmək üçün gəlmişdim. Bu tapşırığı yerinə yetirmək çətin olmadı. Qarşımda yalnız açıq qapılar var idi. Çünki Rusiya kimi, Azərbaycan da əlaqələrin möhkəmləndirilməsi üçün çalışırdı"

 

Yenixeber.org: Bu barədə Azərbaycandakı diplomatik missiyasını başa vuran Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin müraciətində deyilir.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin V.Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

"Bu illər ərzində bir-birinin suverenliyinə mütləq hörmət, müdaxilə etməmək və maraqların balansı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən çox mühüm hadisələrin şahidi və iştirakçısı olmaq imkanı qazanmışam. Biz bir-birimizi daha yaxşı başa düşməyi, keçmişdəki əlaqələrimizdə olan bütün yaxşı şeyləri qiymətləndirməyi, zamanın yeni tələblərinə uyğun əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi", - səfirin müraciətində bildirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam