Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Mariya Zaxarova “Putinin Qarabağ planından” danışdı

Mariya Zaxarova “Putinin Qarabağ planından” danışdı

 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin Planı”nın mövcudluğu barədə xəbərləri şərh edib

 

Yenixeber.org:  M. Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, onlar hər zaman hər kəsə xəbərlərə yaradıcı münasibətlə yanaşı, eyni zamanda ilkin mənbəyə istinad etməyi məsləhət görürlər.  

“Bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik. Biz həmişə qoyulan suallara xırda təfərrüatlarına qədər konkret cavab veririk. Bəzən müəlliflərin təxəyyülünü dayandırmaq mümkün olmur. Lakin heç olmasa nəzakət xatirinə bu yazılarda Rusiyanın olduqca aydın və dəqiq olan rəsmi mövqeyini qeyd etmək lazımdır”, - deyə o bildirib.

Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son iki həftədə Moskva, Bakı və İrəvanda keçirilən danışıqların yekunlarını şərh etmək barədə xahişinə cavab olaraq M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xüsusi diplomatik aktivlik qısa müddət ərzində baş verməyib: 

“Bu, daimi işin nəticəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritet olaraq qalır. Çünki bu məsələnin bizə dost olan iki ölkəyə, iki xalqa aidiyyəti var. Biz onlarla münasibətləri inkişaf etdiririk və çox istəyirik ki, bu problemli məsələ nəhayət ki, həll olunsun”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam