Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Karapetyan hara, Əliyevlə danışıqlar aparmaq hara?- Rusiyadakı 1 nömrəli erməninin mövqeyi

 

 

 

Ermənistanda gələn ilin aprelində baş nazirin kim olacağı barədə intriqalar qızışır

 

Yenixeber.org: Erməni KİV-lərinə istinadən xəbər verir ki, əvvəllər prezident Serj Sərkisyan həyata keçirdiyi Konstitusiya dəyişikliklərindən və parlament üsul-idarəçiliyinə keçiddən sonra baş nazir postunu tutmayacağını desə də indi belə görünür ki, onun hakimiyyətdən əl çəkmək niyyəti yoxdur. Buna görə də gələn ilin aprelində-konstitusiya dəyişikliklərinin qüvvəyə minməsindən sonra Sərkisyanın baş nazir qismində hakimiyyət başında qalacağına şübhə azdır.

“Qraparak” qəzeti yazır ki, Rusiya Erməniləri İttifaqının rəhbəri, Kremllə çox yaxın əlaqələrə malik olan və Ermənistanda hakimiyyət məsələlərini həll edən “bir nömrəli erməni” sayılan Samvel Karapetyan keçmiş “Qazprom” meneceri, indiki baş nazir Karen Karapetyanla məsləhətləşib. Və onlar belə qənaətə gəliblər ki, təhlükəsizlik və Qarabağ naminə baş nazir postunu Serj Sərkisyan özü tutsa yaxşıdır. “Çünki Karen Karapetyan üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparmaq çətin olacaq, üstəlik onun üzərinə bu cür ağır yük qoymağa da dəyməz”-qəzet yazır.

Qəzetin yazdığına görə görünür təsadüfi deyil ki, noyabrın 13-də İrəvanda RİO ticarət mərkəzinin açılışında erməni investorlar Klubu adından Ermənistana 1 milyard dollar investisiyanın yatırılmasını Serj Sərkisyan özü elan edəcək. Bu investisiyanın böyük hissəsini Samvel Karapetyan energetika sektoruna yatırmalıdır. “Görünür bu, gələcək vitse-premyer Karen Karapetyan tərəfindən premyer postunun Serj Sərkisyana təklif edilməsi olacaq”-qəzet yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam