Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kral ailəsinin 30 üzvünün həbs səbəbi:: Ər-Riyad çalxalanır

Kral ailəsinin 30 üzvünün həbs səbəbi:

 

Səudiyyə Ərəbistanında son günlər baş verən hadisələr vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ölkədə başlatdığı çox böyük islahatların növbəti mərhələsidir. Bu proseslər, yəni şahzadələrin və bəzi dövlət adamlarının həbsi islahatçı şahzadə Məhəmməd ibn Salmanın apardığı inqilabi dəyişikliklərin tərkib hissəsi sayılmalıdır

 

Yenixeber.org:  Bu sözləri politoloq Nəzakət Məmmədova Səudiyyə Ərəbistanında baş verən son prosesləri şərh edərkən deyib. O bildirib ki, Kral Salmanın fərmanı ilə dörd ay bundan əvvəl qardaşı oğlu Məhəmməd ibn Nayfin vəliəhd statusundan məhrum edilərək, onun yerinə öz oğlu Məhəmməd ibn Salmanın təyin olunması, ona müdafiə naziri və baş nazirin müavini vəzifələrinin həvalə edilməsi artıq varislik məsələsində yeni qaydaların olduğunu göstərdi:

“Yeni vəliəhd şahzadə daxili və xarici siyasətdə çox böyük işlər görür. O, müdafiə naziri olaraq Səudiyyənin Yəməndəki hərbi əməliyyatlarına rəhbərlik edir, ABŞ və Böyük Britaniya ilə sıx münasibətlər qurur. Daxili siyasətdə isə bu yaxınlarda ölkəsinin “mülayim islam”a dönəcəyi ilə bağlı çağırış etməsi 81 yaşlı Kral Salmanı əvəz edəcək gələcək kralın artıq indidən islahatlara başlamaq istədiyini göstərdi”.

Politoloq qeyd edib ki, onun qərbpərəst şəxs olduğu nəzərə alınarsa, həyata keçirmək istədiyi bir sıra islahatların, o cümlədən “mülayim islam" məsələsinin də məhz ABŞ və Britaniyanın tövsiyəsi ilə ortaya atıldığı ehtimalı böyükdür:

“Radikal islamçı təşkilatlardan gələn təhdidləri və radikal dini düşüncəni zəiflətmək üçün alternativlər yaradılması ilk növbədə həmin dairələrin marağındadır. Bu günlərdə həyata keçirilən həbslər də vəliəhdin bu cür islahatlarına qarşı çıxa biləcək qüvvələrin zərərsizləşdirilməsi məqsədi daşıya bilər. Krallığın antiterror siyasətinə rəhbərlik etmiş, Qərb müttəfiqləri ilə yaxın əlaqələr qurmuş vəliəhd ölkədə həm də enerji sahəsinə rəhbərlik edir. Belə bir nüfuzlu siyasi xadimin həm də Antikorrupsiyaya Komitəsinə rəhbər təyin edilməsi və dərhal həbslərin başlaması artıq radikal islahatların başladığını və buna mane ola biləcək şəxslərin zərərsizləşdirildiyini göstərir. Onun bir neçə mühüm vəzifə daşıması ölkənin siyasi elitasında, ümumiyyətlə, Səud nəslindən olan şəxslər arasında narazılıq yaradırdı. Ölkədə radikal dini təsiri azaltmaq istəyi, dövlət qulluğunda uzun illər heç bir faydalı işlə məşğul olmayan şəxsləri Qərb təhsilli gənclərlə əvəz etməsi ona qarşı çıxan qüvvələrin günbəgün artmasına səbəb olmuşdu”.

Politoloq vurğulayıb ki, dünyanın çox nəhəng transmilli neft şirkəti olan “Saudi Aramco”nun bir qismini satmaq planları da şahzadəyə qarşı narazılıqları artırmış ola bilər:

“Həbs olunanlar arasında milyardları olan, hətta adları “Forbes” jurnalında dünyanın ən zəngin insanları siyahısına salınmış şəxslər var. Onların təbii ki, ABŞ-la sıx əlaqələri mövcuddur. Məsələn, onlardan biri milyarder şahzadə Valid ibn Talal ABŞ-ın “Citigroup” şirkətinin ən böyük səhmdarı, eyni zamanda “XIX əsr Fox” kino şirkətinin ikinci səhmdarıdır. Eləcə də digər şəxslərin ABŞ-la geniş biznes əlaqələri var. ABŞ Prezidenti Donald Trampın “19 trilyon dollar borcumuzu Körfəz ölkələrinə ödədəcəyik” bəyanatını və Qətərə göstərilən təzyiqləri xatırlasaq, o zaman hakim elitasının üzvləri arasındakı həbslərin əsasında hakimiyyət mübarizəsi ilə yanaşı, həm də ABŞ-ın maliyyə məsələləri baxımından narazılığı məsələsi də ola bilər. Məhəmməd ibn Salmanın Qətərin sanksiyaya məruz qalması və İrana qarşı radikal mövqe tutulması məsələsində ABŞ-ın yanında yer alması, həm də İranla nüvə sazişini ləğv etməklə hədələyən Tramp Adminstrasiyasının Yaxın Şərqdəki yeni dönəmdə Səudiyyə Ərəbistanının başında islahatçı, qərbpərəst şəxsi görmək istəyi var və bu şəxs də yeni vəliəhddir”.

Xatırladaq ki, Kral Salman ibn Əbdüləziz əs-Səud qərarı ilə 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazir həbs edilib. Daha sonra isə Kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Salman ibn Əbdüləziz əs-Səudun sərəncamı ilə adı korrupsiya və rüşvətxorluqda hallanan məmurların araşdırılması, istintaqa cəlb olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın yaradılmasından bir neçə saat sonra həbslərin həyata keçdiyi bildirilir.

Əbdüləzizin 5 ay ərzində taxtı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salmana verməsi gözlənilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam