Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiyadan Qarabağ savaşına “yaşıl işıq”: Ermənilər...

 Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir.

Yenixeber.org: Bu sözləri  təmas xəttindəki son vəziyyət barədə danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Sərkisyan Cenevrədə qeyri-ciddiliyi ilə Dağlıq Qarabağ probleminin taleyinin birbaşa üçüncü super dövlətin səlahiyyətində olduğunu təsdiqlədi:

 

“Həm danışıqlar prosesində, həm də real praktikada oyuncaq dövlət kimi çıxış edən Ermənistan siyasi iradəsi olmayan bir rəhbərdən asılı vəziyyətdədir. İrəvanın günahı ucbatından nəticəsiz bitən danışıqların ardından cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir. Azərbaycan əvvəl təmkinlik nümayiş etdirsə də, təxribatlara qarşı artıqlamasıyla cavab verəcək. Sözsüz ki, Ermənistan iki il danışıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürdü. Diqqət çəkən məqam isə hazırda rus mətbuatında sülh danışqlarındansa hərb variantının daha çox ağılabatan olması və bunun haçansa həyata keçə biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Proseslərin hazırkı gedişatında yeganə təqsirkar erməni tərəfidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Azərbaycan hərbi əməliyyatlardan başqa digər bir varinat üzərində düşünmür. Ermənilərin nəyə arxayın olduğunu söyləyə bimərəm, hər halda İrəvan çox riskli və təhlükəli addım atdı. Bu, bölgəni yenidən barıt çəlləyinə çevirə bilər. Əminliklə demək olar ki, Ermənistan tərəfinin itkiləri daha çox olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam