Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putinin iki etirafı:Rusiya niyə NATO-ya girmək istəmişdi?

 

 

 

 

Rusiya Prezidenti Vladimir Putin bu gün “Valday” diskussiya klubunda suallara cavab verərkən iki maraqlı fikir bildirib. Kreml sahibinin birinci fikri: “Donbasın statusu bəlli olmadan biz Ukrayna-Rusiya sərhəddinin nəzarət altına alınmasının əleyhinəyik. Çünki biz Srebrenitsa qətliamının Ukraynanın şərqində təkrarlanmasını istəmirik. Biz buna yol verə bilmərik”

 Yenixeber.org:   Bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Putinin çıxışını şərh edərkən qeyd edib. O bildirib ki, bu cümlələrdə iki önəmli etiraf var:

“Birincisi, Rusiya prezidenti etiraf edir ki, serblər Srebrenitsa şəhərində müsəlmanları soyqırıma məruz qoyublar. Çünki Moskva adətən serblərin keçmiş vəhşiliklərini görməzdən gəlir. Ruslar Srebrenitsa qətliamından danışmağı xoşlamırlar. İkincisi, Rusiya prezidenti etiraf edir ki, Ukraynanın şərqindəki separatçılar Rusiyadan real dəstək alırlar, əks halda, yəni sərhəd nəzarət altında olsa, onlara hərbi yardım mümkün olmayacaq. Moskva isə Ukraynadakı rus separatçıların məğlub olmasını istəmir, tam əksinə, Ukrayna ərazisində ikinci Qarabağı gücləndirmək yolunu tutub”.

Politoloqun sözlərinə görə, Putinin ikinci etirafı NATO və Rusiya siyasətinə işıq salır. Putin deyib: “1990-cı illərin sonunda o hələ baş nazir olanda ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdim ki, Rusiyanı NATO-ya qəbul etsinlər”.

E.Şahinoğlu bu sözün yeni olmadığına diqqət çəkib:

 

“Bu, yeni fikir deyil. Putin bunu bir dəfə də səsləndirib. Putindən əvvəl isə bu fikri Kreml sahibinin danışan dili Vladimir Jirinovski demişdi. Bu cümlədə də zəruri etiraf var. Putin bu təklifi səsləndirərkən baş nazir idi, Rusiyada isə əsas söz sahibi prezidentdir. O zaman Prezident Boris Yeltsin idi. Ancaq Yeltsin artıq ağır xəstə idi və idarəetmə Putinin əlində cəmləşirdi. Putin son açıqlamasında məhz ona işarə edib ki, Yeltsinin prezidentliyinin son ilində ölkəni dövlət başçısı deyil, baş nazir idarə edib. Doğrudur, Yeltsinin istefasından sonra Putin qısa müddət prezidentin səlahiyyətlərini icra edib. Ancaq prezident seçilmədən xarici siyasətdə ciddi korrektə etmək nə dərəcədə Rusiyanın maraqlarına cavab verirdi? O ki qaldı Rusiyanın NATO-ya üzv olmaq istəyinə, bu, Moskvanın Şimali Atlantika Blokunu daxildən dağıtmaq üçün ortaya atdığı təklif idi. Bu təklif farşdır. Rusiyanın belə bir niyyəti olmayıb və yoxdur. Klinton Putinə “hə” deyib Rusiyanın NATO üzvlüyünə yaşıl işıq yandırsaydı, Putin nə Gürcüstana müdaxilə edə bilərdi, nə də Ukraynanı parçalayıb Krımı işğal edərdi. Ona görə də Kreml NATO üzvlüyündənsə, ənənəvi “parçala və hökm sür” siyasətinə üstünlük verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam