Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakının bu görüşdən gözləntisi böyükdür –Şərh

 

 

Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlıdır və bu istiqamətdə pərdəarxası olsa da, öz addımlarını atır

 

Yenixeber.org: Bu sözləri Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünü şərh edən “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Eskpert bildirib ki, Azərbaycanın bu görüşdən müsbət gözləntiləri var:

“Son zamanlar Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan diplomatik görüşlər Dağlıq Qarabağla bağlı nizamlama prosesinin aktivləşməsindən xəbər verir. Bildiyiniz kimi, artıq iki il idi ki, Azərbaycan və Ermənistan prezidentləri bir araya gəlmirdi. İrəvan faktiki olaraq danışıqlardan geri çəkilmək istəyirdi. Ancaq bu çox çəkmədi və Ermənistan yenidən danışıqlar prosesinə qayıtdı. Erməni tərəfinin belə bir qərar verməsinin arxasında hansısa təzyiqin olduğu istisna deyil. Əslində, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü onu göstərir ki, bu prosesin arxasında Moskva durur. Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlıdır və bu istiqamətdə pərdəarxası olsa da, öz addımlarını atır. Bu fonda Cenevrə görüşündən sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda gözlənilən üçtərəfli görüşünü müsbət qiymətləndirirəm. Çox güman ki, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü də baş tutacaq. Rəsmi Bakının bu görüşlərdən gözləntiləri böyükdür. Əsas gözləntilər isə sülh danışıqlarının davam etməsi və Dağlıq Qarabağ məsələsinin mərhələ-mərhələ həll olunması istiqamətindədir”.

 

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentləri üçtərəfli görüşü noyabrın 1-də Tehranda baş tutacaq. Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam