Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

ABŞ İranı rəsmən şantaj edir– Analitik

 

 

Trampın İranla nüvə sövdələşməsini istənilən vaxt poza biləcəkləri bəyanatı həm də bir qədər siyasi şantaj kimi qəbul edilə bilər

 

Yenixeber.org: Bu sözləri ABŞ Prezidenti Donald Trampın 2015-ci ildə İranla imzalanan nüvə razılaşmasını birtərəfli olaraq ləğv edə biləcəkləri ilə bağlı verdiyi açıqlamanı şərh edən analitik Vüqar Zifəroğlu deyib. Analitik bu fonda digər ölkələrin Vaşinqtonun yanında yer almağa tələsməməsinə diqqət çəkib:

“Ruhaninin də qeyd etdiyi kimi, düşünmək olmaz ki, Amerika məqsədli şəkildə razılaşmanı pozmağa çalışır. Lakin istənilən halda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini açıqlaması, Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerininin müqavilənin etibarlı olduğunu və fəaliyyət göstərməyə davam edəcəyini vurğulaması, buna paralel olaraq, İrana səfər öncəsi Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın İranla münasibətlərinin Avropa ölkələrinin nüvə razılaşmasını qorumaq niyyətinə təsir etməyəcəyini bildirməsi əslində həm də Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı tərəflərin baxışında ziddiyətlər olduğunu ortaya qoymaqdadır. Məsələ burasındadır ki, mövqelərin bu dərəcədə açıq ifadə edildiyi bir zamanda Amerikanın tək tərəf olaraq nüvə razılaşmasından çıxması ona heç bir üstünlüklər və İranla münasibətərində manevr imkanları qazandırmayacaq”.

Analitikin sözlərinə görə, ABŞ beynəlxalq reaksiyalara rəğmən nüvə razılaşmasından Yaxın Şərqdə mövqelərini gücləndirməkdə olan İrana təsir etmək üçün bir təzyiq aləti kimi istifadə etməyə çalışır:

“Daha çox xarici faktorların təsiri altında yaranan Rusiya-İran-Türkiyə ittifaqı Vaşinqtonun bölgədə manevr imkanlarını məhdudaşdırır. Qoca qitənin də İrana münasibətdə daha loyal mövqe sərgiləməsi amerikalıları faktiki olaraq İranla üz-üzə qoymaqdadır. Lakin ameriklıların İranla münasibətlərindəki bu gərginlik diplomatik söz davasından ötəyə getməyəcək. Yəni biz heç bir isti konfliktin - birbaşa savaşın şahidi olmayacağıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yeni strategiyası ilə bağlı sənəddə əsas hədəfin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğu açıqlanıb.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?