Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Millət vəkili AŞPA-nı ikili standartlarda ittiham etdi

Millət vəkili AŞPA-nı ikili standartlarda ittiham etdi

 

Bu gün AŞPA-da sərbəst müzakirələr zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatı ikili standartlarda ittiham edib

 

Yenixeber.org: Q. Paşayeva bəzi deputatların Azərbaycan əleyhinə apardığı kampaniyaya cavab verib: “Mən 12 ildir burada ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-yanlış bilgilərlə “insan haqları” adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün hüquqlarını müdafiə etmələrini heç vaxt görmədim. Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq etmək üçün assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün assambleyamızdan bu suallarına cavab gözləyir. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda soyqırım həyata keçirdi və oradan canlarını qurtara bilmiş az sayda məcburi köçkünlər də bu gün öz evlərinə dönə bilmirlər. Nə üçün bu insanların pozulmuş insan haqlarının müdafiəsi üçün assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir? Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Baş katib Yaqland Azərbaycan əleyhinə çıxışlar edir. Amma onun Ermənistan prezidentinin özünə birbaşa deməsinə baxmayaraq, Ermənistan bu çağırışlara məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır. Nə üçün cənab Yaqland və assambleyamız bu insanların pozulmuş insan haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmırlar?

Ermənistan nümayəndə heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə, buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varujan Qarabedyandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək, 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən danışın. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burda bizə insan haqlarından bəhs etməyə haqları yoxdur. Biz bu terrorçu və onunla birlikdə terrorda iştirak edən ermənilərlə bağlı araşdırmalar və istintaqın aparılmasını tələb edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam