Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Deputatlarımız AŞPA-nın payız sessiyasına qatılacaq

 

Deputatlarımız AŞPA-nın payız sessiyasına qatılacaq

 

 

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.
 
Yenixeber.org xəbər verir ki, parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildirlər.
 
Sessiya 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq. Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro iclaslarına qatılacaq. AŞPA-nın plenar iclaslarında Büro və Daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək. “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-2017-ci illərdəki fəaliyyəti”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar”, “Gənclər korrupsiya əleyhinə” mövzularında  məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İclaslarda Çexiya və Ukraynanın prezidentləri, AŞ Nazirlər Komitəsinin sədri çıxış edəcəklər.
 
Sessiyada “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” məsələsi diqqət mərkəzində olacaq.
 
Milli Məclisin deputatları müzakirələrdə fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
 
Səfər oktyabrın 15-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam