Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Azərbaycan Avstriya ilə əlaqələrə hər zaman böyük önəm verir"- Səməd Seyidov

Yenixeber.org: "Bu il Azərbaycanla Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Bu illər ərzində iki ölkə arasında münasibətlər artan dinamika ilə inkişaf edib". Bunu Bakıda Avstriyanın dövlət bayramı münasibəti ilə təşkil olunan qəbulda çıxış edən  Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex bildirib.

 

Səfir qeyd edib ki, bu il Avstriya ATƏT-ə sədrlik edir: "Belə bir təşkilata sədrlik etmək böyük məsuliyyət tələb edir. Azərbaycana minnətdarlığımızı bildiririk ki, sədrlik dövründə bizə qarşı konstruktiv yanaşma nümayiş etdirib. Növbəti ilin ikinci yarısı Avstiya Avropa İttifaqına sədrlik edəcək. Bu zaman tək Avropa İttifaqı çərçivəsində tərəfdaşlarımızdan deyil, azərbaycanlı dostlardan da etimad gözləyirik".

 

Tədbirdə çıxış edən Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səməd Seyidov isə Azərbaycanın Avstriya ilə əlaqələrə hər zaman böyük önəm verdiyini vurğulayıb: "Ali səviyyədə qarşılıqlı səfərlər Avstriya-Azərbaycan münasibətlərinin inkişafına daha böyük töhfə verir. Münasibətlərimiz beynəlxalq təşkilatlarda  yüksək səviyyədir. Avstriya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir". (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam