Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putinin İspaniya torpaqlarının bölünməsində əli var- İDDİA

 

Prezidenti Vladimir Putin İspaniyanın daxili işlərinə qarışmaqda günahlandırılıb.

Yenixeber.org: Rəsmi Moskva Kataloniyanın müstəqilik referendumunun hazırlanmasında və İspaniya torpaqlarının bölünməsində marağı olması ilə ittiham edilir.

Bu ittiham İspaniya mediasında yer alıb. “El Confidencial” qəzetində dərc edilən məqalədə Kremlin illərdir Kataloniyanın müstəqillik mübarizəsinə dəstək verdiyi və bunun Avropa İttifaqını zəiflətmək strategiyasının bir parçası olması iddia edilib. Rusiya Kataloniya müstəqilliyinə dəstəyini beynəlxalq “VikiLiks” haker saytının qurucusu Culiyan Assanj vasitəsilə göstərdiyi bildirilib.

Qəzet bu iddiasına sübut da gətirib. O, dəlil olaraq 1990-cı illərdə V.Putin ilə əlaqəsi olan ABŞ konqresinin nümayəndəsi Dana Rohrabaçerin C.Assanj və Kataloniya rəhbəri Çarlz Puiqdemont ilə keçirdiyi görüşləri göstərib.

Lakin qəzetin Putin haqqında qaldırdığı iddialar oxucularda kinayə doğurub.

İspaniyalı vəkil Romero Diaz isə ittihamları yalanlayaraq, Putinin bütün pisliklərdə günahlandırılmasını dəlilik adlandırıb. O, Kataloniya müstəqilliyinə dəstək verənlərin Rusiya deyil, qərb ölkələri olduğunu vurğulayıb. Vəkil dəstək verənlər arasında, xüsusilə, Latviya və ABŞ siyasətçilərinin adını çəkib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam