Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Putin xəbərdarlıq etmişdi:Ukraynaya hücum BAŞLANA BİLƏR

Putin xəbərdarlıq etmişdi:

 

 

 ABŞ Konqresinin Senatı təhlükəsizlik və müdafiə sahəsində dəstək üçün Ukraynaya 500 milyon dollar ayrılması barədə qanun layihəsini bəyənib.

Yenixeber.org: Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, qanun layihəsi Ukraynaya müdafiə xarakterli ölümcül silahların çatdırılmasını nəzərdə tutur.

“Qanunverici səviyyədə ilk dəfə Ukraynaya belə müdafiə vasitələrinin verilməsi təklif edilir. Bura suüstü hava hücumundan müdafiə sistemləri, radiolokasiya vasitələri, dənizdə mina əleyhinə vasitələri və sahil mühafizəsi gəmiləri daxildir”, - Poroşenko bildirib.

Bundan başqa, yaralı Ukrayna hərbi qulluqçuları ABŞ-ın hesabına bu ölkənin tibbi müəssisələrində müalicə oluna biləcəklər.

Eyni zamanda, Senat bir gün əvvəl ABŞ-ın 692 milyard dollar həcmində müdafiə büdcəsi layihəsini təsdiq edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya hərbi yardımlarını sentyabrın 5-də Çinin Syamen şəhərində keçirilən BRİKS sammitində şərh edib. Ukraynaya ölümcül silahların çatdırılmasının ABŞ-ın suveren qərarı olduğunu deyən dövlət başçısı eyni zamanda qeyd edib ki, bu barədə qərarın qəbul olunması Donbas probleminin nizama salınmasına kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq.

“Biz bu prosesə təsir etməyi bacarmırıq, amma ümumi beynəlxalq qaydalar və yanaşmalar var. Münaqişə zonasına silahın çatdırılması vəziyyəti yalnız ağırlaşdırır”, - Putin söyləyib.

Putin həmçinin Ukraynanın “başqa regionlarını” hücumla hədələyib:

“ABŞ Ukraynaya silah çatdırarsa, onda Rusiya döyüşçüləri Ukraynanın başqa regionlarına öz silahını göndərə bilərlər”.

 

Publika.az 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?