Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb

 

Gürcüstanın “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası bələdiyyə seçkiləri ilə bağlı namizədlərinin siyahısına dəyişiklik edib. 


Yenixeber.org: Gürcüstan bürosu xəbər verir ki, hakim partiya Marneuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə namizədini dəyişib. Marneulidən əvvəlcə Amiran Giorqadzenin namizədliyi irəli sürülsə, də bu gün namizədlərin siyahısında dəyişiklik olunub.
Bu vəzifəyə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb.
Hakim partiyadan “Report”un yerli bürosuna bildiriblər ki, əvvəlcə siyahı tərtib olunarkən bəzi amillər nəzərə alınmayıb. Lakin müzakirələrdən sonra azərbaycanlıların yığcam yaşadıqları bölgələrdən azərbaycanlı namizdələrin irəli sürülməsi barədə qərar qəbul olunub.
Hakim partiyanın siyahısında digər dəyişikliklərin də olunacağı istisna olunmur. 
Qeyd edək ki, hazırda “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının siyahısında Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Bolnisi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin adları əksini tapıb.
Ermənilərin sıx yaşadıqları Samtsxe-Cavaxetiya regionunda isə “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası iki nəfər erməni əsilli vətəndaşın namizədliyini irəli sürüb.
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

 

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam