Redaktor seçimi
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
Günün xəbəri

İraq Kürdüstanının müstəqillik referendumu:“İraqda və bölgədə yeni silahlı münaqişə yetişir” – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 17.09.2017

 

Yenixeber.org: İraqda və çevrəsindəki gərginlik sentyabrın 25-ə təyin edilmiş İraq Kürdüstanının müstəqillik referendumunun yaxınlaşması ilə çoxalır.  İraq baş naziri Heydər əl-AbadiAssociated Press-ə müsahibədə bildirib ki, “Kürdüstan bölgəsinin müstəqilliyi üzrə referendum zorakılığa səbəb olarsa, Bağdad hərbi müdaxiləyə hazırdır”.

Onun sözlərinə görə, “Konstitusiyanı qəbul etmir, İraq və bölgənin sərhədlərinə meydan oxuyursunuzsa, bu, bölgə ölkələri üçün İraq sərhədlərini pozmağa aşkar dəvət olacaq, bu da çox təhlükəli eskalasiyadır”.

Türkiyə baş naziri Binəli Yıldırım da eyni vaxtda çıxış edib: “İraq Kürdüstanı rəhbərliyinin müstəqillik haqda planlaşdırdığı referendum ölkəmizin milli təhlükəsizliyinə toxunur. Və heç kim şübhə etməməlidir ki, bununla bağlı gərəkən bütün addımları atacağıq”.

Qərb də Ərbilə uyğun basqı göstərir, lakin müəyyən çalarlarla. Deməli, ABŞ kürdlərdən referendumun vaxtını dəyişmək və Bağdadla yeni şərtlərlə dialoqa girməyi tələb edir. Kürdüstan Demokratik Partiyası (KDP) siyasi bürosunun  üzvü Huşiyar Zəbari bununla bağlı bildirib ki, “Cənubi Kürdüstanın (İraq Kürdüstanı nəzərdə tutulur-S.T.) siyasi rəhbərliyi referendumun vaxtını yalnız BMT TŞ-nınn yazılı zəmanəti halında dəyişə bilər, kürd rəsmiləri zəmanət olmayan yerdə təklifləri qəbul etməyəcəklər”.

London özünəməxsus mövqe tutub. Bir tərəfdən Vaşinqtonun “əsas diqqətin İŞİD üzərində qələbəyə cəmlənməli olduğu bir vaxtda referendum bölgədə sabitsizliyi artırmaq riski” haqda arqumentini təkrarlayır. Digər yandan, britaniyalılar nədənsə israr edirlər ki, “Ərbilin Bağdadla danışıqları zamanca məhdudlaşdırılsın və beynəlxalq birlik tərəfindən möhkəmləndirilsin”.

Bir sözlə, İraq Kürdüstanı ətrafında qüvvələrin maraqlı bölgüsü  formalaşır. İsrail müstəqillik referendumunu dəstəkləyir. Səudiyyə Ərəbistanı yüksəkmövqeli heyəti Körfəzin ərəb ölkələri üzrə naziri Tamər əl-Səbhanın başçılığı ilə Ərbildə olub. O, kürd muxtariyyətinin başçısı Məsud Bərzani ilə görüşüb və Ər-Riyadın Bağdadla Ərbil arasında dialoq və vasitəçiliyə başlamağa hazır olduğunu ifadə edib. Bununla belə, səudlar hələlik müstəqillik referendumu keçirmək qərarının nə lehinə, nə də əleyhinə fikir deyiblər. Eyni zamanda Səudiyyə Ərəbistanının yeni varis şahzadəsi Muhəmməd ibn-Salman əl-Səud bildirib ki, “Səudiyyə Ərəbistanında döyüş gözləmək niyyətində deyil, bunun əvəzində İranın döyüş meydanı olması üçün işləyəcək”.

Bu onun Tehranın İraqdakı nüfuzunu zəiflətməkdən ötrü İraq Kürdüstanının müstəllik haqda referendumunu dəstəkləyə biləcəyinə eyhamdır. Bunu da istisna etmək olmaz ki, Səudiyyə Ərəbistanı Suriyada İŞİD-dən azad etdikləri əraziləri tək etməyəcəyini gizlətməyən YPG (“Kürd xalq özünümüdafiə dəstələri) və PYD (“Demokartik Birlik”) dəstələrini dəstəkləyəcək. Bu isə “gələcəkdə Suriyanın bəzi ərazilərinin kürd dövlətinə birləşdirilməsinə səbəb ola bilər”.

Bakı ərəbşünası Rufiz Hafizoğlu hətta qeyd edir – “tamamilə mümkündür ki, yeni şahzadə Türkiyəni Yaxın Şərq siyasətindən sıxışdırmağın ardıcılı olacaq”.

Beləliklə, əlbəttə, Ərbil Qərbin təklif etdiyi qərarlardan birini qəbul etməsə, İraqda və İraq ətrafında yeni silahlı münaqişə yetişir. Kürdlər isə hələlik hədə gəlirlər ki, “İraq qoşunları və yaxud şiə yığma könüllüsü hazırda kürd peşmərgə qüvvələrinin nəzarətindəki mübahisəli ərazilərə, xüsusən də neftlə zəngin Kərkük şəhərinə girməyə çalışsa, müdafiə olunacaqlar”. Hələ Türkiyənin mümkün müdaxiləsini demirik. Türkiyənin “Вugun” qəzeti proqnozlaşdırır: “Yaxın Şərq dediyimiz bölgə əzablar içində tezliklə müstəqil kürd dövlətini doğura bilər”, “əsas xarici aktorların bölgə siyasəti isə 100 il əvvəl Osmanlı dövləti dağılarkən meydana çıxmış duruma gətirib, lakin kürdlərin müstəqillik əldə etdiyi duruma səbəb olmamışdı”.

Qəzet eyni zamanda qeyd edir ki, “bu gün İraq Kürdüstanının təkcə “bundan belə mən müstəqiləm” deməyi yetərli deyil. Yaxın Şərq mürəkkəb bölgədir, yeni dövlətin qurulması xeyli çətinliklərə bağlıdır”. Ərbil bu cür olduqca qəliz oyuna hazırdırmı? Hələlik duyum yaranır ki, Bərzani tələblər plankasını qaldırıb və güman etmirəm ki, müstəqillik referendumundan imtina edər. Heç olmasa, ona görə ki, “Kürdüstan adını alacaq müstəqil dövlət yaradan ilk şəxs olmaqda” tarixi fürsəti buraxmaq istəmir. Onun dünya birliyi tərəfindən tanınması məsələsi ikinci dərəcəlidir. Lakin Qərbin hazırda tutduğu mövqeyi daha incə şəkildə dəyərləndirsək, indiki tərəddüdlərə baxmayaraq, kürd dövlətinin tanınmasına gedə bilər.

Digər tərəfdən, türk ekspertlərin açıq yazdıqları kimi, Yaxın Şərqin XX əsrin əvvəlindəki geopolitik cizgiləri, yeri gəlmişkən, kürd dövlətinin yaradılması ilə yanaşı Ermənistanın başqa sərhədlərinin müəyyən edildiyi 1920-ci il Sevr müqaviləsi “dirilməyə” başlayır. Geopolitik gerçəklik elədir ki, İraq Kürdüstanının bölgə qurumundan dövlətə çevrilməsi Türkiyə kürdlərinin statusunu yüksəldir və indi Ankara və İrəvan arasındakı mövcud sərhəd rejimini dəyişə bilər. Türkiyədə bunu çox gözəl anlayaraq bildirirlər ki, İraq Kürdüstanındakı hadisələr “ölkənin milli təhlükəsizliyinə toxunur”.

Paradoks məhz bundadır ki, Kürdüstan müstəqilliyinin elan edilməsi əvvəllər ərəb dünyasında İraq ərəb dövlətinin bölünməsi kimi nəzərdən keçirilirdisə, indi bu proses İran nüfuzu ilə mübarizə bəhanəsi altında aparılır.

Daha bir məqam. Türkiyənin İraq Kürdüstanına müdaxiləsi halında bu cür aksiya ərəb dünyasında, xüsusən də Səudiyyə Ərəbistanında Tehrana yardım göstərmək kimi dəyərləndirilə bilər. Belə ki, Bərzani Türkiyə və İranı neytrallaşdıraraq incə geopolitik oyun aparır. Moskva da gec, ya tez bu istiqamətdə yerini müəyyən etməli olacaq. Bölgədə durum sürətlə dəyişilir.

Tərcümə (Strateq)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?