Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Parisdə AŞPA-nın komitə iclasları keçiriləcək

Parisdə AŞPA-nın komitə iclasları keçiriləcək

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq, sosial komitənin iclasında iştirak edəcək.

Yenixeber.org:Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda 2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq. S.Fətəliyeva komitədə “Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.

Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq, mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Həmçinin bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.

R.Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.(AzVision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam