Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səfir:İsveçrə Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını qətiyyətlə pisləyir (ÖZƏL)

 

İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında dayanıqlı həllinin təmin olunması üçün struktur danışıqlar prosesinin tərəfdarıdır.

Yenixeber.org:Bunu Trend-ə özəl müsahibəsində İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder deyib.

Səfir bildirib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təmin olunması üçün mandat ATƏT-in Minsk qrupuna verilib. İsveçrə bu formatın iştirakçısı olmasa da, biz Minsk qrupu həmsədrlərinin işini tam dəstəkləyirik və struktur danışıqlar prosesinin tərəfdarıyıq. İsveçrə dinc sakinlərə qarşı zorakılıq aktlarını və onların atəşə tutulmasını qətiyyətlə pisləyir”.

F.Stalder qeyd edib ki, ATƏT-in yeni baş katibi Tomas Qreminger keçmiş isveçrəli diplomatdır. “İsveçrə sülh proseslərində hər zaman böyük rol oynayıb. Bu ölkədə çox sayda danışıqlar və görüşlər keçirilib”.

Səfir həmçinin əlavə edib ki, İsveçrə diplomatiyası vasitəçilikdə böyük təcrübəyə malikdir: “İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirilib. Axırıncı belə görüş 2015-ci ilin dekabrında Berndə baş tutub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam