Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Referendum öncəsi gərginlik:İraq Kürdüstanından hücumlar İranın hərbi müdaxiləsi ilə bitə bilər - Təhlil

Referendum öncəsi gərginlik:

 

Fazil Havrami

“Al-Monitor”

 

İraq Kürdüstanında baza quran iranlı kürd müxaliflərin İrana yönəlik silahlı basqınları son həftələrdə artıb. Bu vəziyyət müstəqillik referendumuna gedən Kürdüstan Regional Rəhbərliyinin (KRR) prosesi sülhün bərqərar edilməsi kimi təqdim etmə səylərini baltalayır.

Yenixeber.org: Şimali İraqdakı kürd döyüşçülər sərhədi keçərək bir neçə dəfə İran təhlükəsizlik qüvvələri ilə savaşa girib və hər iki tərəfdə itkilər var.

İran sərhəd bölgələrini topa tutaraq bu həmlələrə cavab verib. Atəş böyük yanğınlara səbəb olmaqla bərabər, həm təbii nizamı məhv edib, həm də bir çoxları doğma yerlərindən qaçmaq məcburiyyətində qalıb.

Amma kürd səlahiyyətlilər hələ də sentyabrın 25-dəki müstəqillik referendumunun qeyri-sabitlik yaratmayacağını müdafiə edir, son qarşıdurmalar isə bu iddia ilə ziddiyyət təşkil edir. Ərbildə Bağdad, Tehran və Ankara ilə normal əlaqələr davam etdirmək istədiyinə dair israrlı bəyanatlar da boş söz olaraq qalır.

İran, 1990-cı illərin əvvəllərindən etibarən İraq Kürdüstanında baza quran müxalif qrupların ləğvini KRR-dən uzun zamandır tələb edir. Yüksək səviyyəli İran heyətləri ilə iraqlı kürd rəsmilər arasında keçirilən görüşlərdə Tehranın bu silahlı qrupların hərəkətlərindən duyduğu narahatlıq dəfələrlə dilə gətirilib.

Buna baxmayaraq, müxalif qrupların ən əhəmiyyətlisi olan İran Kürdüstan Demokratik Partiyası (İKDP) son bir ildə İran sərhədinə yüzlərlə döyüşçü yerləşdirib və yeni bir qarşıdurma dövrünün başlamasından bəhs edir. Təşkilatın rəhbərliyi İran dövlətini zəiflətmək üçün açıq şəkildə xarici dəstək istəyir.

İKDP-nin iki nömrəli rəhbəri Həsən Şərifi avqustun 10-da “Rudaw”a verdiyi böyük müsahibədə belə deyib: " Qərb və ərəb ölkələri İranın bölgədə sərhədsiz güc istifadəsinin qarşısını almaq üçün səylər göstərir. Təbii ki, İslam Respublikasının bölgədəki mövqeyini zəiflətməyə istiqamətli təzyiqlər mövcuddur… İran müxalifəti və biz kürdlər baxımından bu, fürsət olaraq qiymətləndirilə bilər”.

Şərifi eyni müsahibədə taktikanı dəyişdirəcəklərini və İran torpaqlarında fəaliyyəti gücləndirəcəklərini də söyləyib.

İranla silahlı kürd qrupları arasında sərhəddə yüksələn gərginlik, iraqlı Kürd səlahiyyətlilərin Bağdadla dostcasına ayrılmaqdan bəhs etdikləri bir dövrdə Ərbilin işini əməlli-başlı çətinləşdirir.

Son qarşıdurmalar Tehranda kürdlərin Səudiyyə Ərəbistanı kimi ölkələrdən xarici dəstək alaraq İranda qarışıqlıq çıxara biləcəyi qayğısına yol açıb.

Ötən günlərdə Ankaraya gözlənilməz səfər reallaşdıran İran Baş Qərargahının rəhbəri general Məhəmməd Baqiri türk hərbi və siyasi səlahiyyətlilərlə etdiyi danışıqlarda sərhəd bölgələrində fəal olan kürd qruplarla mübarizəni də müzakirə edib.

Baqiri avqustun 16-da verdiyi açıqlamada KRR-in müstəqillik referendumuna qarşı olduqlarını təkrarlayıb, səsvermənin İraqda yeni gərginlik və qarşıdurmalara səbəb olacağı və qonşu ölkələri mənfi təsir edəcəyi xəbərdarlığı edib.

KRR-in Peşmərgə Nazirliyi sözçüsünün bundan iki gün sonra “Kurdistan24”ə verdiyi müsahibə bu xəbərdarlığa cavabdır. Sözçü deyib: "Kürdüstan xalqının haqlarından bəhs edənlərə söyləmək istərdik ki, bu, onların işi deyil və deyilənlər Kürdüstanın daxili işlərinə açıq bir müdaxilə sayılır… Referendum kürd xalqının qanuni və təbii haqqıdır və bu mövzuda Kürdüstan xalqı xaricində kimsə danışmaq haqqına sahib deyil".

İran İslam Respublikası 1979-cu ildəki quruluşundan bu yana xarici təhdidlərə qarşı "vəkillər" vasitəsilə mübarizə siyasəti tətbiq edir. Tehran indi rəqiblərinin eyni taktikanı özünə qarşı istifadəsi ilə üzləşib. İran və Səudiyyə Ərəbistanı Yəməndə və Suriyada rəqibdir. Bu mühitdə İran baxımından ən zəif halqa İraq Kürdüstanı bölgəsi ilə sahib olduğu uzun sərhəd və İran mənşəli minlərlə silahlı kürd müxalifətçinin burada baza qurmasıdır.

İKDP lideri Mustafa Hicri 2016-nın sentyabrında “BBC Fars” xidmətinə verdiyi müsahibədə İran hökumətinə qarşı xarici dəstək istədiklərini açıqlamışdı. Hicri İsrail və Səudiyyə Ərəbistanından dəstək aldıqlarını təkzib etsə də, verilən mesaj Tehrana həyəcanlandırıb.

Hicri, xarici qüvvələrdən necə dəstək istədiklərinə dair sualı belə cavablandırıb:"Bizim üçün əhəmiyyətli olan İslam Respublikasının zəiflədilməsidir və bu məzmunda xarici dəstəyin təsirli olacağını düşünürük. Biz maddi, hərbi, siyasi və təbliğati dəstək istəyirik".

Bundan iki ay sonra, noyabrın 7-də İnqilab Keşikçilərinin sabiq komandiri Yəhya Rahim Səfəvi – hazırda ali dini lider Ayətullah Əli Xamneinin hərbi məsləhətçisidir – KRR-i İranın daxili işlərinə qarışmamaq məsələsində xəbərdar edib. Səfəvi, "inqilab əleyhdarı" ünsürlərə, yəni müxalif kürd qrupları Səudiyyə Ərəbistanı kimi ölkələrin silahla təmin etmənəsinə dair açıqlama verib.

Müstəqillik referendumunun başlıca müdafiəçilərindən olan “mübahisəli” Kərkük vilayətinin qubernatoru Nəcməddin Kərim isə avqustun 16-da deyib: "Kürdüstan İran və Türkiyənin ən yaxşı qonşusu olacaq, bunda tərəddüd yoxdur. İran xüsusi bir vəziyyətə sahibdir. 2014-cü ilin avqustunda (İŞİD hücumuna qarşı) İran səmimiyyətlə Kürdüstanın köməyinə gəldi. Bunu heç vaxt unutmamalıyıq ".

İraqlı kürd səlahiyyətlilər İrandan illərlə aldıqları müxtəlif dəstəyə görə təşəkkür edib, Tehranın referendum qayğılarını yatırmağa çalışırkən, İranın KRR ərazisinə dair həssaslığı yüksəlir. Məhəmməd Bəxtiyar – KRR-İran əlaqəsi üzrə ekspert “Al-Monitor”a deyib: "Kürdüstan bölgəsindən İran ərazisinə hücum təşkil etməyə icazə verməyin mənası yoxdur və bu an ən çox qonşuların güvəninə ehtiyac var. İran bu münaqişələrdən referenduma müdaxilə etmək və hətta Kürdüstan bölgəsinə müdaxilə etmək üçün istifadə edə bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam