Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya prezidentinin elçisi Gürcüstanda gizli səfərdədir –KİV

 

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putinin elçisi, Moskvada Gürcüstan “Vətənpərvələr Alyansı”nın üzvlərini qəbul etmiş şəxs Artyom Kavinov Tbilisidə gizli səfərdədir.
“Report” xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalının informasiya xidməti məlumat yayıb.

“Vahid Rusiya” Partiyasından Dumada deputat olan Artyom Kavinovu Gürcüstan “Vətənpərvərlər Alayansı” dəvət edib. Bir müddət əvvəl “Vahid Rusiya” Partiyası ilə Gürcüstan deputatları arasında Kremldə keçirilən görüşdə Artyom Kavinov da iştirak edib.
Telekanal alyansın üzvü Ada Marşaniyaya zəng edərək, ondan rusiyalı deputataın səfərinin məqsədini öyrənmək istəyib: “Sizin bunu bilməyiniz vacib deyil. Bu, xüsusi, qeyri-rəsmi görüşdür. Mənim sizinlə danışmağa vaxtım yoxdur”.
“Rustavi-2” keşiş Georgi Qurçiani ilə də əlaqə saxlayıb. O, Artyom Kavinovun Tbilisiyə bir neçə din xadimi ilə birlikdə səfər etdiyini təsdiqləyib. G.Qurçiani bildirib ki, Kavinov Gürcüstanın patriarx-katolikosu II İlya ilə görüşərək hədiyyə verib.
Qeyd edək ki, “Vahid Rusiya” Partiyası Rusiya Prezidenti Vladimir Putinin partiyası sayılır.
Rusiya Dövlət Dumasının MDB ölkələri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov “Front News International”a müsahibəsində bildirib ki, Gürcüstana deputatlar kilsə xətti ilə gediblər: “Hələlik deputatlar kilsə xətti ilə qrup şəklində Gürcüstana səfər edərək orada qeyri-rəsmi görüşlər təşkil etməyə başlayıblar. Gələcəkdə onların sırası yeni üzvlərlə tamamlanacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam