Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Erməni lobbisi Azərbaycan informasiya məkanına necə sızır?

Erməni lobbisi Azərbaycan informasiya məkanına necə sızır?

 

Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən “Turan TV”-nin efirində rusca etdiyi çıxışlarda özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasion faktlar üzə çıxıb.

Yenixeber.org xəbər verir ki, Strateq.az saytının  Avropada yaşayan azəırbaycanlı jurnalistlərdən birinə istinadən yaydığı xəbərə görə, B. Manafov ABŞ və Avropadakı mühacirlərə hakimiyyətin təqiblərindən yaxa qurtarmaq üçün ölkəni tərk etdiyini və ona görə də hakimiyyətə qarşı sərt mübarizə yolu tutduğunu söyləsə də, onun Azərbaycandan gediş səbəbləri əslində tamam başqa motivlər əsasında olub və hazırki siyasi fəaliyyətinin kökündə də, heç də iddia etdiyi kimi, “ölkəni demokratikləşdirmək istəyi” durmur.

Belə ki, B.Manafov əslində həyat yoldaşının erməni olmasına erməni lobbisindən bəhrələnmək şansı kimi baxıb və müvafiq təklif alan kimi  ABŞ-a mühacirət edib. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır, 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar. “Beynəlmiləl” ailə hazırda Texas ştatında, Dallasda qalırlar. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova isə  Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez  Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında erməni lobbisi mühüm rol oynayıb, ancaq bunu gizlədirlər.

Bəlli olub ki, B.Manfov özünü hər yerdə jurnalist kimi təqdim etsə də, o, əslində Nəsimi rayon Partiya Komitəsinin təlimatçsı işləyib. Beydulla Manafov ixtisasca jurnalistdir, ancaq o, keçmiş kommunistdir, uzun müddət Nəsimi rayon Partiya Komitəsinin təlimatçısı işləyib və sovet hökumətini təbliğ edib.

Beləliklə iddia olunur ki, B.Manafov böyük bir oyundadır və bu oyunu quranların başı da gedib birbaşa erməni lobbisinə, Qərbdəki xüsusi xidmətlərə bağlanır. 

Maraqlıdır bəs  B. Manafovun  erməni lobbisiylə əlaqlərinin Qənimət Zahidə bəllidirmi? Axı, bu şəxs az qala dünyanın hər yerindən xəbər verir, öz efirini kimlərin zəbt etməsindən necə xəbərsiz qalıb?

Yazıda son vaxtlar erməni lobbisinin ABŞ və Avropada yaşayan siyasi mühacirlərə necə “qarmaq” atmalarından, onları hansı məqsədlə özlərinə tərəf çəkməyə çalışdıqlarından da geniş bəhs edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam