Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Emin Donald Trampı Bakıya, “Jara” festivalına dəvət etdi

 

Ötən bazar günü Bakıda 4 günlük “Jara” musiqi festivalı yekunlaşıb. Festivalda Rusiya şou-biznesinin bir çox ulduzları iştirak ediblər.

Yenixeber.org Virtualaz.org-a istinadən xəbər verir ki, festivalın təşkilatçılarından biri, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu möhtəşəm tədbirin yekunları barədə “Moskovskiy Komsomolets”ə danışıb.

“Mən çox istərdim ki, bu festivalın hüdudları olmasın. Burada post-sovet və Rusiya şou-biznesinin nümayəndələri toplaşıb. Azərbaycan tamamilə neytral, dünyəvi, müstəqil dövlətdir. 70-ci illərdə burada caz festivalları keçirilirdi. Nəyə görə də bu ölkədə iri musiqi tədbirlərinin təşkili ənənələrini bərpa etməyək? “Jara” dəbdə olan, gənclərə yönəlmiş, eyni zamanda ənənələri nəzərə alan tədbirdir”-Emin Ağalarov bildirib.

Biznesmen bildirib ki, o, festivalın təşkil olunmasında pul əsirgəməyib, heç vaxt qoyduğu pulları geri qazanmaq barədə düşünməyib. “Festival mənim özəl ərazimdə-“Sea Breeze” developer layihəmdə keçirilir. Burada mən otel kompleksi və apartamentlər tikməyi planlaşdırıram, prinsipcə festival elə mənim qəsəbəmin reklam platformasıdır. Festival gəlir gətirmir, yəqin daha bir neçə il də belə olacaq. Bununla belə hesab edirəm ki, festival mənim paralel layihələrimə qoyulan investisiyadır. Digər tərəfdən mənə çox xoşdur ki, xərclənən puldan asılı olmayaraq bütün artistləri burada qonaq edirəm. Mən onları praktiki olaraq hər il qonaq çağırıram. Və bu, əsl dostluqdur”-iş adamı deyib.

Emin Ağalarov bildirib ki, festivala bütün tanışlarını və dostlarını, o cümlədən ABŞ prezidenti Donald Trampı, Robert de Nironu, Cennifer Lopesi də dəvət etməyi planlaşdırır. “Mən onları öz festivalımda gözləyirəm. Həyatımda qarşılaşdım istənilən adam mənim festivalımın arzuolunan qonağıdır”-Emin Ağalarov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam