Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda ECO-nun növbəti iclası keçirilmişdir

 

 

 

 

   "Xeberinfo.com": İyunun 15-16-da Bakıda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiyavə Patent üzrə Dövlət Komitəsinin (ASMPDK) təşkilatçılığı ilə ölkəmizində üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə komitəsinin 2- ci iclası keçirilmişdir.

Tədbirdə ECO Katibliyinin Kənd Təsərrüfatı, Sənaye və Turizm üzrə Araşdırmalar Mərkəzinin Sədri Əkbər Xudai, Baş Məsləhətçi Bəhram Heydəri, eləcə də Pakistanın Əqli Mülkiyyət Ofisinin Əmtəə nişanları üzrə Direktor müavini Çaudri Asfand Əli, Türkiyədən Patent İnstitutunun Beynəlxalq Əlaqələr İdarəsinin mütəxəssisi İsmayıl Gümüş, Qazaxıstandan Sənaye Mülkiyyəti sahəsində Dövlət Mülkiyyətinin Təşkili İstiqamətinin mütəxəssisi Dinarə Turubekova və Əqli Mülkiyyət Hüquqları üzrə mütəxəssis Nurgəldi Temirxan, Tacikistan İqtisadi İnkiçaf və Ticarət Nazirliyi Milli Patent və İnformasiya Mərkəzinin Direktor müavini Tohir Xolikov, İrandan Sənaye Mülkiyyəti Hüquqlarının Prezidenti Məhəmməd Həsən Kyani və başqaları iştirak edirdi.

Toplantı iştirakçılarını Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininrəhbərliyi adından salamlayansədr – ASMPDK-nınSənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin direktoru Mir Yaqub Seyidovdedi:

 

-ECO Avrasiya regionunun üç böyük müsəlman ölkəsi - Türkiyə, İran və Pakistan arasında 1964-cü ildə “İnkişaf Uğrunda Regional Əməkdaşlıq” adlı dövlətlərarası iqtisadi birlik kimi yaradılmış və sonradan bölgənin başqa ölkələrini də özünə cəlb edərək çox mühüm regional iqtisadi təşkilata çevrilmişdir.1992-ci ildə bu quruma yeni ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da üzv oldular. ECO-nun genişləndiyi həmin gün  təşkilatın təqvimində "ECO günü" kimi qeyd edilir.

Azərbaycan bu təşkilatın ən fəal üzvlərindən biri kimi təşkilata daxil olduğu gündən bəri üzv ölkələrin əksəriyyəti ilə iqtisadi, siyasi və digər beynəlxalq məsələlər üzrə tərəfdaşlıq münasibətləri yarada bilmiş, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Orta Asiya dövlətləri ilə özünün nəqliyyat, enerji, yükdaşıma, Şərq-Qərb arasındakı bağlılıq və digər sahələr üzrə tərəfdaşlıq münasibətlərini yaratmış, bu sahələr üzrə ən çox real layihələr ortaya qoyaraq onları həyata keçirən ölkə olmuşdur.        

Dinamik iqtisadi inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan Azərbaycan modern bir dövlətdir. Bunun əsasını, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən “İnkişafın Azərbaycan Modeli” təşkil edir.

Azərbaycan Şərq-Qərb, Cənub-Şimal nəqliyyat-kommunikasiya sistemində əsas əlaqələndirici ölkələrdən biri kimi, ECO dövlətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması sahəsində, eləcə də həmin ölkələrlə mədəni, sosial, siyasi sahələrdə əməkdaşlıq və tərəfdaşlıq edir. Bu dövlətlərlə bizim mədəni-mənəvi yaxınlığımız, xalqlarımızın ortaq milli-mənəvi dəyərləri, ortaq dini, dili, ortaq mədəniyyət bağlılıqları mövcuddur.

Bu gün bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan- Dağlıq Qarabağla bağlı ECO-ya üzv olan ölkələrin mövqeyini yüksək qiymətləndirir və minnətdarlıqla qeyd etmək istəyirəm ki, bu mövqe müzakirə ediləcək sənədlərin də tərkibinə salınıb. Bildiyiniz kimi, uzun illərdir ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü pozulub, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Bizə qarşı etnik təmizləmə, soyqırım siyasəti aparılmışdır, nəinki Ermənistan ərazisində, eləcə də işğala məruz qalan Azərbaycan ərazilərində milli-mədəni abidələrimiz, məscidlərimiz dağıdılmışdır.

Əlbəttə, bu işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza da çox böyük zərbə vurmuşdur. Ancaq bütün bunlarla yanaşı, Azərbaycan iqtisadiyyatı dinamik inkişafdadır, ümumi daxili məhsul ilbəil artmaqda davam edir.

Biz ECO-nun fəaliyyətinə çox böyük önəm verir və  təşkilatın dünya miqyasında öz layiqli yerini tutaraq üzv olan ölkələrin böyük iqtisadi potensialını üzə çıxarmaqda onun rolunu yüksək qiymətləndiririk. Dünyada gedən qloballaşma siyasəti ECO-ya üzv olan ölkələr arasında Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsi çərçivəsində üzv dövlətlərin əməkdaşlıq əlaqələrinin inkişaf strategiyasına yeni yanaşmanın zəruriliyindən xəbər verir. İnkişaf etmiş ölkələrin inkişaf meylləri əsasən insan kapitalına söykənir. Bu baxımdan Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsi tərəfindən sənaye mülkiyyəti obyektlərinin yaradılması, istifadəsi, kommersiyalaşdırılması, transferi, innovasiyaların toplanması, sistemləşdirilməsi və üzv ölkələrdə yayılmasına kömək göstərilməsi mühüm əhəmiyyət daşıyır.

 

İşgüzar diskussiyalar şəraitində keçən iclasdaüzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu agentliklər arasında əlaqələndirmə mexanizmlərinin ayrı-ayrı ölkələrin mütəxəssisləri tərəfindənmüzakirəsi böyük maraq kəsb etdi.

İran İslam Respublikasının nümayəndələrinin təklifi ilə növbəti iclasın Tehranda keçirilməsi qərara alındı.

 

Ş.HƏMİDOĞLU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam