Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məmurlar Qarabağ əlilinin evini uçurur

 

     

 

       "Xeberinfo.com": İkinci qrup Qarabağ əlliliyəm. 5 il Qarabağ - Çaykənd, Şuşa, Tovuz, Todan uğrunda gedən döyüşlərdə döyüşmüşəm. Təəssüf ki, indi buna qiymət verilməyən dövrdə yaşayıram. Səhhətimlə bağlı arayış belə ala bilmirəm. Bütün bunlar azmış kimi, indi evimə də sahib çıxmağa çalışırlar. Ölkə başçısı İlham Əliyevə müraciət edib, kömək istəyirəm. Prezident deyib ki, vəzifəsindən sui-istifadə edənlər cəzalandırılmalıdır. Bəs onda Həsən Əliyev niyə cəzalandırılmır?” – bunu Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsi ev 7 ünvanında yaşayan ikinci qrup Qarabağ əlili Vahid Rüstəmov yazdığı şikayət məktubunda qeyd edib.

     Qarabağ qazisi yazır ki, mənzilindən zorla çıxarılacağı təqdirdə vətəndaşlıqdan imtina edəcəyini bildirdi: “Artıq başqa yolum qalmayıb. Evimdən çıxarılsam, vətəndaşlığımdan imtina edəcəm. Bununla bağlı heç kəs məni qınaya bilməz. Çünki yetərincə vətənim uğrunda döyüşmüşəm. Təəssüflər olsun ki, İlham Əliyevin sərəncamlarına əməl olunmur. Məhkəmə icraçısı Həsən Əliyev mənə “əlinizdən gələni edin, onsuzda səsinizə səs verən olmayacaq” deyir. Mən evdə olmayanda basqın edərək, azyaşlı övladımı qorxudublar. Şəxsiyyət vəsiqəmi isə apararaq, bu günə qədər qaytarmırlar. Bununla bağlı rəisə şikayət edəndə, Seyfəddin məni yanına çağıraraq “məndən niyə şikayət edirsən? Həsənin arxasında duran, şikayətlərinizin baxılmasına mane olan Səbayel rayon prokuroru Şirxan Adıgözəlovdur. Siz hara şikayət edirsinizsə, dərhal Həsən ona məlumat verir. O da dərhal həmin yerlərə zəng edərək, tapşırıq verir. Ona görə biz qorxuruq” dedi. İndi nə edəcəyimizi bilmirik. Ümid yerimiz ölkə başçısınadır”.

     Şikayətçi yazır ki, Nərimanov Nərimanov rayon icra hakimiyyətinin başçısının müavini Şahlar İbadovun qəbulunda da olublar: “May ayının 20-də Baş prokuror Zakir Qaralovun müavinin qəbulunda olduq. Bizə dedilər ki, ölkə başçısının bu işdən xəbəri var. Sonra Nərimanov rayon icra hakimiyyətinin başçısının müavini Şahlar İbadovun qəbulunda olduq. Biz ona desək də ki, Baş prokurorluqda olmuşuq, İlham Əliyevin də bu məsələdən xəbəri var, ancaq heç bir xeyri olmadı. Qanunla olan işləri bir kənara qoyub öz vəzifəsindən sui-istifadə edərək MİS rəisi Seyfəddinlə birlikdə bizim mənzilə saxtra sənədlər hazırlayıblar. Bu, saxta sənədlər vasitəsilə evimizdən çıxartmaq istəyirlər”.

Qarabağ əlili şikayət məktubunda ailəsinin başına gətirilən müsibətlərdən də söz açıb. : “2011-ci il oktyabrın 6-sı heç bir məhkəmə qərarı olmadan Həsən Əliyev evimizi yerlə yeksan etdi. Qonşuların xəbər etməsindən sonra gəldiyimiz zaman artıq evimiz tamamilə dağıdıldı. Mənzilimizi sökənlərə həyat yoldaşım Ruhiyyə Rüstəmova müqavimət göstərsə də, onlar onu döyərək bətnindəki 5 aylıq körpənin ölümünə səbəb olublar. Oktyabr ayından yanvarın sonuna qədər soyuq havada həyətin ortasında çadırsız yaşadıq. Axırda gördülər ki, soyuqdan öləcəyik, ikiotaqlı ev tikməyə icazə verdilər. Hazırda yaşadığımız “Montin” qəsəbəsində olan 5 min evin 3 mindən çoxunun sənədi yoxdur. Orada yaşadığımız müddətdən bu günə qədər kommunal xidmət haqqını ödəmişik. Ödədiyimiz xidmətlərin qəbzi bizdədir. Bu, mənzilin bizə aid olmasına sübut deyilmi? İyunun  17-də (sabah) bizi evdən çıxaracaqlar”.

 

“Bizi mənzilimizdən çıxararlarsa başqa yerə köçə bilməyəcəyik. Bakıda bir otaqlı evin kirayəsi 300-400 manatdır. Bizim bu qədər qazancımız yoxdur. Qanuni evimdən çıxarırlar. Heydər Əliyevin bizə bağışladığı 2 sot torpaq da hazırda yaşadığımız ünvanda yerləşir. Əvvəlcə bizdən evdən çıxmağı tələb etdilər, indi də bizim evimizə başqa ailə köçürəcəklərini deyirlər”, - deyə Qarabağ qazisi yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam