Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Robert Koçaryan Qarabağın əldən getməsinə işarə vurdu

 

 

     Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan və keçmiş separatçı prezident Robert Koçaryan eyni soyadı daşımalarına baxmayaraq bir-biri ilə mübahisə ediblər.

     "Xeberinfo.com": "Əgər kimsə deyirsə ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir, bu üzr istəyirəm İlham Əliyevə "pas" vermək mənasını daşıyır", deyə nazir müavini bildirib. "Məgər belə düşünmək və danışmaq olar. Qarabağ "müstəqil dövlətdir"". 

      Digər Koçaryanın dəftərxanasından isə bildiriblər ki, əgər mövzu Dağlıq Qarabağ olmasa və nazir müavininin nüfuzunu nəzərə alsaq onun danışdıqlarına reaksiya verməmək də olar. 

      Keçmiş döyüşçünün fikrincə, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və hər iki tərəf bu münasibətlərin düzgün möhkəmləndirilməsinə çalışmalıdır. 

      Robertin öz hakimiyyəti zamanı nə üçün bunu etmədiyini heç kim, elə onun özü də bilmir. Tribunadan istifadə edən eks prezident hazırki prezident Serj Sarkisyanı və onun nazir müavinini tənqid edir. O, onları bir gecə içində iddialı avrointeqrasiya tərəfdarlarından Gömrük İttifaqı tərəfdarlarına çevrilə bilən insanlar adlandırıb. "Onlara siyasi akrobatdan başqa ad vermək olmaz". 

    Keçmiş və hazırkı prezidentlərin qalmaqallı münasibətlərinə toxunmadan qeyd edək ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb. Və hər iki saxtakar döyüşçü bu barədə çox yaxşı bilirlər. 

    Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq da. Bunu bu gün dünyada çoxları anlayır. Hətta bir müddət öncə yaranan Avrasiya İttifaqı belə. 

    Qeyd edək ki, Ermənistan da daxil olmaqla heç bir dövlət Qarabağı müstəqil dövlət kimi tanımır. Rəhbərliyin yüksək eşalonundakı qalmaqallar isə hər şeydən öncə onları narahat edən bir sualla - Bəs indi necə olsun, sonra nə edək? sualı ilə bağlıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam