Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Ermənistan sözdə Rusiya ilə evlidir”

 

 

“Müstəqillik günü Putin Əliyevə təbrik məktubu göndərdi, amma Sərkisyanı təbrik etmədi”.

 

"Xeberinfo.com": Bu açıqlama ilə erməni politoloq Kayts Minasyan çıxış edib. O, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanı özlərinə strateji tərəfdaş sayması məsələsinə münasibət bildirib: “Əvvəllər Rusiya Cənubi Qafqazda strateji tərəfdaşının Ermənistan olduğunu deyirdi. Bu günlərdə isə Rusiya Azərbaycanı özünə yaxın bilir. Rusiya bəzən bizim ilə, bəzənsə Azərbaycanla  öz maraqlarının müdafiəsi naminə belə davranır. Onlar Ermənistan və Azərbaycan arasında balansı qorumağa çalışır. Bu cür bəyanatlar Bakı üzərində nəzarəti itirməməyə hesablanıb. Biz müharibədə qalib gəldik və bu bizə diplomatik fəaliyyətdə bir addım öndə olma fürsəti verdi”.

 

Daha sonra Azərbaycanın Naxçıvan istiqamətində fəallaşmasını önə çəkən erməni politoloq bildirir ki, bu hücumun Qarabağ məsələsinə aidiyyəti yoxdur, çünki Azərbaycan Ermənistana hücum edir.

 

“Onsuz da 2008-ci ildən bu yana Ermənistanın heç bir diplomatik fəaliyyəti yoxdur. Erməni diplomatiyası Rusiya diplomatiyasının bir parçası olub. Lakin biz dövlətik, millətik və bizim də qürurumuz var. Əgər bir şey edilməzsə, zərbələr bir-birinin arxasınca gələcək. Niyə sizə qalib gəlmələrinə icazə verirsiniz? Ermənistan sözdə Rusiya ilə evlidir. Bəs nə üçün Rusiya arvadını gücləndirmək əvəzinə sakit qalır? Yenə qeyd edirəm ki, Rusiya yalnız öz maraqlarını güdür. Məsələn, Müstəqillik günü Putin Əliyevə təbrik məktubu göndərdi, amma Sərkisyanı təbrik etmədi”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam